Modern.az

“Fəvvarələr meydanı”da açıq hava konserti olacaq

“Fəvvarələr meydanı”da açıq hava konserti olacaq

Mədəni̇yyət

16 Sentyabr 2016, 18:41

Bakıda sentyabrın 17-də ilk dəfə olaraq “Avropa İrs Günləri”nin qeyd edilməsi münasibətilə Bakı şəhərinin mərkəzində - “Fəvvarələr Meydanında” Azərbaycan və Avropa bəstəkarlarının klassik musiqi əsərlərinin yerli və xarici turistlər arasında təbliği məqsədilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin açıq havada konserti təşkil olunacaq.

 

Nəzərdə tutulmuş proqrama əsasən konsertdə dahi Azərbaycan musiqiçiləri Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə, Vasif Adigözəlov, Fikrət Əmirov və başqalarının dünya şöhrətli əsərlərindən parçalar səsləndirəcək, “Avropa İrs Günlərinin“ konsepsiyasına uyğun olaraq, klassik Avropa bəstəkar musiqilərinin tanıdılması məqsədilə Volfqanq Amadey Mosart, Astor Piazzolo və Leroy Andersonun əsərlərinə yer veriləcək.

 

Dirijorluğu Fərhad Yusifbəyli tərəfindən həyata keçiriləcək konsertdə, bir sıra beynəlxalq musiqi festivalları laureatları Samirə Cəlilova, Arzu Əliyeva və Taleh Yəhyayevin ifasında vokal nömrələri də səsləndiriləcək. Konsertin bədii rəhbəri Azərbaycan xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovadır.

 

Konsert proqramı 17 sentyabr 2016-cı il tarixində saat 18.30-da başlayacaq.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür