Modern.az

Nazir əmr verdi: 5 yaşlıların hazırlığında bu fənlər tədris olunacaq

Nazir əmr verdi: 5 yaşlıların hazırlığında bu fənlər tədris olunacaq

Təhsil

17 Sentyabr 2016, 10:30

Təhsil naziri Mikayıl Cabbarov dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planını təsdiq edib.

Modern.az saytı Təhsil Nazirliyinə istinadən xəbər verir ki, əmrə əsasən, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına qəbul edilən 5 yaşlı uşaqlar üçün mәşğәlәlәr oktyabrın 1-dә başlayır, mayın 31-dә başa çatır və  hәftәdә 4 (dörd) gün keçilir.
Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur. Bir mәşğәlәnin müddәti 30 dәqiqә, mәşğәlәlәrarası fasilә 10 dәqiqә müәyyәn edilir. Zehni gәrginlik tәlәb edәn mәşğәlәlәrdә, bir qayda olaraq, 3 idman dәqiqәsi keçirilir. Mәktәbәhazırlıq qruplarında tәhsil alan uşaqlara ev tapşırıqları nәzәrdә tutulmur.


Dərs məşğələləri aşağıdakı istiqamətlər üzrə müəyyənləşib:

Ətraf alәmlә tanışlıq
Savad tәliminә hazırlıq vә nitq inkişafı
Bәdii tәfәkkürün inkişafı
Mәntiqi vә riyazi tәfәkkürün inkişafı
Tәsviri fәaliyyәt
Musiqi
Fiziki mәdәniyyәt

Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müәyyәnlәşdirilıir: - qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq; - şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. 

 Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur: - 5 gün payız tәtili (16-20 noyabr); - 5 gün qış tәtili (27-31 yanvar); - 5 gün әlavә tәtil (1-5 may).


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür