Modern.az

Azərbaycanda bəzi ailələr uşaqlarına Fətullah, Gülən, Nurçu adları qoyublar - ŞOK

Azərbaycanda bəzi ailələr uşaqlarına Fətullah, Gülən, Nurçu adları qoyublar - ŞOK

Hadisə

17 Sentyabr 2016, 11:23

Son illər hansısa axına qoşulan bir sıra valideynlər övladlarına elə adlar qoyurlar ki, sonradan bu, həm özlərinə problem yaradır, həm də uşaqlara.
Modern.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumatlardan görünür ki, Azərbaycandakı bəzi ailələrdə uşaqlara elə adlar qoyulub ki… Gəlin diqqət yetirək… 

Sən demə Azərbaycanda bəzi ailələr Türkiyədə terrorçu hərəkat (FETÖ) elan edilmiş nurçu kəsimin “Hizmət” şəbəkəsinin lideri Fətullah Gülənin dini moizələrindən elə təsirləniblər ki, hətta yeni doğulan uşaqlarına da onun adlarını verməkdən xoşhal olublar.

Modern.az saytının Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, son 5  ildə Azərbaycanda 5 nəfər uşağa Fətullah adı qoyulub.

Hələ bu harasıdır, rəsmi məlumata görə, son 5 ildə ölkəmizdə yeni doğulan 7 uşağa Gülən adı qoyublar.

Son 5 ilə 1 uşağa isə Nurçu adı verilib. Bu, hazırda içində olduğumuz 2016-cı ildə baş verib.

Son 5 ildə Azərbaycanda 796 uçağa Nur adı verilib, 1 nəfər yeni doğulana isə Fəthullah adı qoyulub.


Aşağıdakı şəkillərdə həmin adların Ədliyyə Nazirliyindən əldə etdiyimi rəsmi statistikasını təqdim edirik:


 



Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!