Modern.az

“Euronews” Qarabağdan reportaj hazırlayıb - VİDEO

“Euronews” Qarabağdan reportaj hazırlayıb - VİDEO

17 Sentyabr 2016, 13:48

“Euronews” telekanalı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş reportaj hazırlayıb. Çəkiliş qrupu reportajı hazırlayarkən Bakı və Xankəndi şəhərlərində, eləcə də cəbhəyanı kəndlərdə olub.
Lakin “Euronews” telekanalı reportajda münaqişənin Azərbaycan və qondarma "Dağlıq Qarabağ Respublikası” arasında olduğunu göstərməklə hadisələri təhrif edib, Ermənistanı kənarda saxlayıb.

Modern.az saytının verdiyi məlumata görə, reportajda bu ilin aprelində baş vermiş “dördgünlük müharibə”nin Azərbaycan Ordusu ilə “Dağlıq Qarabağ Respublikası" adlı qondarma rejimin silahlı qüvvələri arasında getdiyi göstərilib. Qeyd edilib ki, canlı qüvvə sarıdan itkilərə və yaşayış məntəqələrinin dağıntılarına məruz qalan tərəflər bir-birini təxribatda ittiham ediblər.

Reportajda erməni əsgərlər “Euronews”un jurnalistini inandırma çalışırlar ki, Azərbaycan Ordusunun istənilən hücumuna hər an hazırdırlar.

"İndi daha yaxşı hazırlanmışıq və bir şey baş verərsə, bizim müqavimət güclü olacaq", - deyə artilleriya qərargahının komandiri Sevak Sardaryan bildirib.

Amma onun nikbinliyini cəbhə bölgəsində yaşayan erməni sakinlər paylaşmırlar.

"Mənim bir oğlum döyüşdə həyatını itirdi, indi bircə oğlum və onun beş övladı var”, - deyə Amalia Ohanyan adlı erməni qadın ağlayaraq, bildirib. Amalia Ohanyan daha sonra “biz indi necə yaşayaq? Nə evimiz var, nə də işimiz. Və biz burada qalmağa məcburuq!",- deyə əlavə edib.

Onun oğlu Qarik isə "həmişə atəş səsləri gəlir. İndi biz bir şey istəyirik: bu münaqişə "sülh yolu ilə həll edilsin” deyib.


Reportajda Azərbaycan Ordusunun polkovniki Valeh Rəcəbov “aprel döyüşləri”nə görə haqlı olaraq Ermənistan tərəfini ittiham edib, düşmən ölkəni təxribat törətməkdə suçlayıb:

Reportajda Azərbaycanın cəbhə bölgəsində yerləşən Tapqaraqoyunlu kəndinin sakinləri də danışdırılıb. Onlar ermənilərin kompromisə getməsinin gərəkli olduğunu bildiriblər.


“Euronews” filmdə qondarma "Dağlıq Qarabağ Respublikası"nın Ermənistan da daxil olmaqla beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış qaldığını bildirib.

“Euronews” reportajda Azərbaycan Milli Məclisinin deputatı, Qarabağın Azərbaycanlı İcmasının üzvü Rövşən Rzayevin də münaqişə ilə bağlı fikirlərnə yer ayırıb.

"Azərbaycan sülh danışıqları vasitəsilə qanunsuz işğal edilmiş ərazilərini qaytarmaqda maraqlıdır” deyən R.Rzayev Ermənistanın torpaqlarımızın 20%-ni işğal etdiyini xatırladıb.
“Müstəqil Azərbaycan heç vaxt işğal faktı ilə barışmayacaq. Bizə işğal olunmuş rayonlarımızı geri qaytarmaq lazımdır”,-deyə o bildirib.

Filmin çəkiliş qrupu Ağdam rayonunun Quzanlı qəsəbəsində da olaraq, yerli sakinlərlə söhbətləşib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır