Modern.az

Ukrayna prezidenti Baş prokurorluğa çağırılıb

Ukrayna prezidenti Baş prokurorluğa çağırılıb

17 Sentyabr 2016, 21:52

Ukrayna prezidenti Petro Poroşenko Baş prokurorluğa çağırılıb. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə baş prokuror Yuri Lutsenko bildirib.

 

Baş prokurorun sözlərinə görə, ölkə başçısı 2013-2014-cü illərdə baş verən Maydan hadisələrinə görə ifadə verəcək: "Biz prezidenti ifadə vermək üçün dəvət etmişik. Əldə olunan razılaşmaya görə, ölkə başçısı ezamiyyətdən qayıtdıqdan sonra müstəntiqlərimizlə görüşəcək".

 

Qeyd edək ki, sentyabrın 18-dən 21-dək Ukrayna prezidenti BMT Baş Assambleyasında çıxış etmək üçün ABŞ-a səfər edəcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır