Modern.az

Zaqatalada iki uşaq anası əsəbləşdiyi üçün 21 dərman həbi içib

Zaqatalada iki uşaq anası əsəbləşdiyi üçün 21 dərman həbi içib

Ölkə

18 Sentyabr 2016, 10:36

Zaqatalada iki uşaq anası dərmandan zəhərlənib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, sentyabrın 17-i axşam saat 18:30 radələrində rayonun Muğanlı kənd sakini,  iki uşaq anası olan, 1990-cı il təvəllüdlü Cəmilə Sabir qızı Musayevə zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

 

Həkim müayinəsi zamanı Cəmilə Musayeva əsəbiləşdiyi üçün müxtəlif adlarda 21 dərman həbi içdiyini bildirib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəmilə Musayevanın vəziyyəti  həkim müdaxiləsindən sonra  stabilləşib.
 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır