Modern.az

Azərbaycanda telekanalların adları dəyişdirildi

Azərbaycanda telekanalların adları dəyişdirildi

Media

19 Sentyabr 2016, 12:07

Bu gün "Region" Televiziyasının rəhbərliyi kanalın adının və brendinin dəyişdirilməsi ilə bağlı mətbuat konfransı keçirib.

 

Modern.az xəbər verir ki, "Region" TV-nin inkifaf direktoru İsmayıl Həsənov bildirib ki, televiziya yeni mövsümdən əsas prioritetlərini saxlamaqla yenilənmək qərarına gəlib.

Onun sözlərinə görə, "Region" TV öz brendini yeniləyərək, bundan sonrakı fəaliyyətini ARB TV (Azerbaijan Republic Broadcasting – Azərbaycanın Respublika Yayımçısı) adı ilə davam etdirəcək.

""ARB TV” olaraq əsas məqsədimiz geniş auditoriyaya hesablanmış, fərqli bir efir konsepsiyası təqdim etməkdir. Bunun üçün hər zövqə uyğun, bir-birindən maraqlı layihələrlə, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları ilə tamaşaçıların qarşısına çıxacağıq".

"ARB TV" tərkibində olan televiziyalar da adlarını dəyişəcək və uyğunlaşdıracaq: "Tərkibimizə daxil olan 6 bölgə televiziyası da yenilənəcək. Məsələn, "Cənub TV" bundan sonra "ARB Cənub", “Alternativ” TV “ARB Ulduz”, “Kanal-S” “ARB Şəki”, “Kəpəz” TV “ARB Kəpəz” və “Günəş” TV “ARB Günəş” olacaq".

 

O qeyd edib ki, televiziyanın təkcə adında yox, efirində də dəyişiklik olacaq: "Bizim təkcə adımız yox, efirlərimiz də dəyişir. İndiyədək efirdə olan 70 faiz verilişimiz yeni mövsümdə fəaliyyətini dayandıracaq. Efirə tamaşaçıların zövqünü oxşayacaq daha yaxşı verilişlərlə çıxacağıq".

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!