Modern.az

AzTv-yə yeni Baş redaktor təyin edilib

AzTv-yə yeni Baş redaktor təyin edilib

Aktual

19 Sentyabr 2016, 20:03

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovun 09 sentyabr 2016-ci il tarixli əmri ilə "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin sədri Tamxil Hacıyev AzTv-nin "Hərbi Vətənpərvərlik Baş Redaksiyasi"na Baş redaktor təyin edilib. BDU-nun jurnalistika fakültəsininin məzunu olan Tamxil Hacıyev üzün müddət AzTV-də çalışıb, " Bütöv Azərbaycan" qəzetinin və butov.az saytının baş redaktorudur.

Qeyd edək ki, Tamxil Hacıyev 20 mart 1958-ci ildə Zəngəzur mahalında, indi Ermənistan adlanan Qərbi Azərbaycanın Qafan rayonunun Kurud kəndində anadan olub.

 1973-cü ildə Kurud kənd 8 illik məktəbini bitirib. Orta təhsili Gığı kənd orta məktəbində başa vurub.

1975-76-cı dərs ilində Bakı şəhərindəki 56 nömrəli Texniki Peşə məktəbini fərqlənmə ilə bitirib.

1977-79-cu illərdə Sovet Ordusu sıralarında xidmət edib. Tərxis olunduqdan sonra fasiləsiz olaraq çilingər, fəhlə, kitabxanaçı və digər işlərdə çalışıb.

1985-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsininin əyani şöbəsinə daxil olub. 1990-cı ildə Universiteti fərqlənmə ilə bitirib. Elə həmin il təyinatla “Sovet kəndi” qəzeti redaksiyasına göndərilib. Orada korrektor, müxbir və şöbə müdiri vəzifələrində işləyib. “Respublika” qəzetinin parlament müxbiri olub.

1996-cı ildə Azərbaycan Televiziyasının “Xəbərlər” redaksiyasına dəvət alıb. Hazırda Televiziyada “Hərbivətənpərvərlik” şöbəsinin böyük redaktoru, “Zireh”, “Hünər meydanı” verilişlərinin müəllifidir.

2006-cı ildə “Vətən sərhəddən başlanır” mövzusunda keçirilmiş kino sənəti üzrə müsabiqənin qalibidir. 2008-ci ildə “Bütöv Azərbaycan” qəzetini təsis edib. Qəzetin ilk nömrəsi sentyabrın 15-də Bakının Erməni-Rus birləşmələrindən azad olunmasının ildönümündə işıq üzü görüb.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir