Modern.az

Mixael Şumaxer sərbəst yeriyə bilmir

Mixael Şumaxer sərbəst yeriyə bilmir

Aktual

19 Sentyabr 2016, 21:03

"Formula-1" yarışının yeddiqat dünya çempionu Mixael Şumaxer hələ sərbəst yeriyə bilmir". Modern.az saytı xəbər verir ki, BBC-nin məlumatına görə,  bunu 47 yaşlı M.Şumaxerin vəkili Feliks Damm bildirib.

 

Onun sözlərinə görə, dünya çempionu assistentin yardımı ilə yeriyir, əllərini tərpədir.

 

Mixael Şumaxer 2013-cü ilin sonunda Fransada Alp dağında dağ-xizəyi sürərəkən başı daşa dəyib. Aldığı kəllə-beyin travması nəticəsində komaya düşüb. O, 2014-c ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib.

 

Xatırladaq ki, onun müalicəsi 2014-ci ilın sentyabrından İsveçrədəki evində davam etdirilir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır