17 noyabr 2018, Şənbə
Ana Səhifə - REPORTAJ - Ciddi və klassik üslublu AzTV-dən ciddi reportaj... (Fotoşəkillərlə)
Ciddi və klassik üslublu AzTV-dən ciddi reportaj... (Fotoşəkillərlə)
14.02.2011, 11:04

Ekrandan görüb tanıdığımız məşhur simalarla üzbəsurət söhbət

”Teleməkandakı rəqabət bizi qorxutmur”

“Redaksiyalardan reportaj” layihəsini davam etdirən Modern.az saytının əməkdaşları bu dəfə fevralın 14-də efirə çıxmasının 55 illiyini qeyd edən Azərbaycan Televiziyası və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində oldular.
Qeyd edək ki, Azərbaycan Televizyası (o zaman Bakı televiziya studiyası adlanırdı) ilk dəfə 1956-cı ilin fevralın 14-də efirə çıxıb. Ekranda ilk dəfə sonradan Azərbaycanın tanınmış sənətkarına çevrilən, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. Çıxışını «Göstərir Bakı!» kəlməsi ilə açan Nəcibə xanım tamaşaçıları televiziyanın fəaliyyətə başlaması münasibətilə təbrik edib. Həmin gün ekranda «Bəxtiyar» bədii filmi də nümayiş etdirilib. Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb.

Ölkə teleməkanının formalaşmasında böyük rol oynayan Azərbaycan Dövlət Televiziyası ilə əlaqə saxlayıb ad günü ərəfəsində oradan reportaj hazırlamaq istədiyimizi bildirdikdə, sözün açığı “hə” cavabı alacağımızı düşünmürdük. Zarafat deyil, indiyədək heç bir digər media orqanı AzTV-dən belə reportaj hazırlamayıb axı...
Amma qarşı tərəf təklifimizi müsbət qarşıladı və Modern.az-a belə bir imkan yaradıldı.

Beləcə yollandıq televiziya məkanımızın ən ciddi telekanalı olan AzTV-yə...

Hər ehtimala qarşı televiziyanın binasına bizə deyilən vaxtdan bir az da əvvəl gəldik. Bizi AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım qarşıladı və həmin bələdçimiz olacağını bildirdi.

Tanışılıq operator bazasından başladı

İlk tanışlığımız AzTV-nin operator bazası ilə oldu. Otaqda gərgin iş rejimi duyulurdu: operatorlardan kimisə kamera almağa gəlir, digəri təhvil verirdi, işçilər isə verilən avadanlıqları qeyd edirdilər.

Bu qeydiyyata ciddi şəkildə nəzarət edən Mirzə Tağıyev 2008-ci ildə operator bazasının tam müasir tələblərə uyğun şəkildə təmir olduğunu bildirdi.
“Otaqda 60 yeni kamera var və onların hamısı ən son modellərdir. Bizdəki rəqəmsal kameralarla hər gün təxminən 50-60 çəkiliş aparılır.

Kameraları təhvil alan operatorların çoxu gənc kadrlar idi. Elə M.Tağıyev də operatorlar arasında cavanların üstünlük təşkil etdiyini və onların tam müstəqil çalışdığını qeyd etdi. “Amma buna baxmayaraq, onların hələ yaşlı nəsildən öyrənəcəyi çox şey var”.

Operatorlar otağından çıxandan sonra “Xəzər” studiyasına yollandıq. Öyrəndik ki, bu studiya 2006-ci il islahatlarından sonra tam müasir üslubda təmir olunub: işıq, istilik sistemləri yenilənib, rəqəmsal avadanlıqlarla təchiz olunub. Əgər əvvəllər studiyadakı çəkilişlərə gələn qonaqlar və veriliş iştirakçıları qışda soyuqdan donur, yayda istidən «bişirdisə», dedilər indi belə problem qalmayıb.

“Xəzər” studiyasında da bir neçə veriliş - “Səhər” musiqili-informasiya proqramı, “Ovqat”, “Günün nəbzi”, “İdrak”, “Klassika” verlişləri çəkilir”.

Qrim otağında...

“Xəzər” studiyasından sonra elə onun yanında yerləşən qrim otağına keçdik. Həmin vaxt qrim ustası orada olmasa da, saç ustası Abbas Hüseynovla danışdıq. Dedilər ki, indi AzTV-də daha çox klassik saç üslubuna üstünlük verilir və bu da kanalın rəsmi və ciddi olmasından xəbər verir.

“Bizim efirdə daha çox rəsmi proqramlar üstünlük təşkil etdiyi üçün çalışıram ki, aparıcıların və eləcə də qonaqların saç düzümünü daha çox klassik formada hazırlayım. Amma bəzən aparıcıların - daha çox da yaşlı nəslin kaprizi ilə rastlaşıram. Bəzən də olur ki, aparıcılar müasir dəbə uyğun saç forması istəyirlər. Artıq buna  öyrəşmişəm. İş vaxtım “Səhər” proqramının efirdə yayımlanması ilə başlayır. Həftənin altı günü də işdə oluram” deyən saç ustası artıq iki ildir ki, burda işləyir.

AzTV-nin qrim otağında olduğumuz zaman Abbas bizimlə söhbət edə-edə «Səhər» proqramının reportyoru Günel Bağırovanın istəyinə uyğun saç düzümü hazırlayırdı. Günel çəkilişə hazırlaşırdı.

 “Gənc aparıcıların arasında güclü rəqabət var”

Qrim otağından sonra “indi isə “newsroom”la tanış olacağıq” xəbərdarlığını eşitdik. Otağa daxil olmamışdan qabaq dəhlizdə “Xəbərlər” proqramının aparıcılarından Rəşad Mehdili ilə qarşılaşdıq.

Rəşadla söhbətə başlayarkən məlum oldu ki, o, 2007-ci ildə müsabiqə yolu ilə seçilən gənclərdən biridir.
4 il AzTV-də jurnalist kimi çalışan Rəşad “bir neçə turdan ibarət olan müsabiqədən keçdikdən sonra AzTV-də başlanan kurslara qatıldım. Aparıcılıq sənətinin incəliklərini bizə tanınmış televiziya mütəxəssisi Rafiq Hüseynov öyrətdi. Buna görə mən ustadıma borcluyam. 2007-ci ilin iyununda jurnalist kimi fəaliyyətə başladım. Daha sonra isə  “Xəbərlər” proqramında aparıcı oldum” deyə qeyd etdi.

Rəşad Mehdilidən xəbərlərin təqdimat prosesində maraqlı məqamlardan birini xatırlamağı xahiş etdik, o da sözümüzü yerə salmadı:
“Zooparkla bağlı maraqlı sujet vardı. Xarici reportyor heyvanlarla bağlı stand-up edərkən hansısa heyvan onu arxadan dişləməyə başladı. Bu sujet istər-istəməz insanda təbəssümün yaranmasına səbəb olmuşdu”.

Aparıcı kimi ustadından nümunə götürdüyünü söyləyən Rəşadın fikrincə, AzTV-dəki gənc aparıcıların arasında güclü rəqibləri var: “Bizim televiziyada çoxlu istedadlı gənc aparıcı var. Şükür Allaha, hamısı işinin öhdəsindən layiqincə gəlməyi bacarır”.

Rəşadın sözlərinə görə AzTV-də çalışmağın özü böyük xöşbəxtlikdir. Onun bu xoşbəxt anlarını bir neçə dəqiqə sonra əvvəlcə şef-redaktorların otağında blok yığarkən, daha sonra isə saat 14.00-da efirə gedən «Xəbərlər»in idarə edildiyi aparat otağındakı monitordan gördük.

Amma bundan əvvəl «newsroom”a daxil olduq. Burada dəhlizdəki səssizlikdən əsər-əlamət yox idi. Hamı iş başında idi: kimsə kompüterdə mətn yazır, digəri montaj otağında süjet yığır, başqası kadrarxası mətn oxumaqla məşğul idi.

Öyrəndik ki, geniş xəbər otağı çoxsaylı kiçik otaqların arakəsmələrinin götürülməsi hesabına yaradılıb. «Burda işçilər üçün hər bir şərait yaradılıb. Reportyorlar xəbər otağından çıxmadan süjetlərini hazırlayırlar: kompüterdə materiallarını yığırlar, burada montaj edib, səsləndirirlər, arxivdən istədikləri kadrları tapırlar”.

“Newsroom”la tanışlıqdan sonra AzTV-nin sədr müavini Faiq Hüsiyevlə görüşürük.

Sədr müavini: “Bizim rəqibimiz yoxdur..”

AzTV-nin tarixi keçmişi hər kəsə məlum olduğundan sədr müavini ilə televiziyanın bu günü barədə danışmağı qərarlaşdırıq. Öncə F.Hüsiyevdən AzTV-ni digər kanallardan fərqləndirən əsas xüsusiyyətlərin nə olduğunu öyrənməyə çalışdıq.

“Fərq mənəvi dəyərlərə sədaqətin və klassik üslubun qorunmasıdır. Heç vaxt ucuz, bayağı şouların dalınca qaçmamışıq. Çalışmışıq ki, Azərbaycan dilini, tarixini, ədəbiyyatını, mədəniyyət və incəsənətini tərənnüm edək. Bunu hay-küylə təqdim etmək bizə yad olub. Hətta araşdırma verilişlərimizdə belə klassik xətt qorunub saxlanıb. Çalışırıq ki, tamaşaçı bunu bir əyləncə kimi yox, tarixi reallıq kimi qəbul etsin. Heç bir zaman hansısa informasiyanı efirdən tamaşaçıya sırımağa çalışmamışıq. Hər şeyi olduğu kimi veririk və tamaşaçı da bunu olduğu kimi qəbul edir”

Sədr müavini dedi ki, bu gün bütün kanallarla münasibərtləri normal olan AzTV-ni teleməkandakı rəqabət qorxutmur: “AzTV-nin digər telekanalların formalaşmasında əvəzsiz rolu var və orada çalışan yaradıcı heyətin ən azı 20-30 faizi vaxtilə burda işləmiş insanlardır. Onlar burada öyrəndikləri bilgiləri gedib digər kanallarda tətbiq edirlər. Rəqib məsələsinə gəlincə mən kanalın rəhbər şəxslərindən biri kimi deyə bilərəm ki, bizim rəqibimiz yoxdur. Ona görə ki, AzTV Azərbaycanda birinci və əsas kanaldır. Qapalı Səhmdar Cəmiyyəti statusunda olsa da, hamı onu dövlət kanalı kimi qəbul edir. Biz verdiyimiz hər bir informasiyanın arxasında məsuliyyət hiss edirik. Çalışırıq ki, yoxlanılmış, həqiqətə uyğun olmayan informasiyanı sensasiya xatirinə efirə verməyək”.

Faiq Hüsiyev xəbərlərin operativ şəkildə verilməsinə də münasibət bildirdi: “Mən deməzdim, hər hansı hadisə haqda xəbəri başqa kanallar bizdən daha tez verir. Sadəcə, biz süni populuzmdən qaçırıq. Hadisə baş verən kimi onu efirə vermək düzgün deyil. Əvvəlcədən xəbəri dəqiqləşdirmək lazımdır ki, yoxsa təsəvvürə gətirmək çətindir ki, yoxlanılmamış xəbərin reaksiyası hansı fəsadlar törədə bilər. Təbii ki, operativlik  baxımından xəbəri efirdən tez yaymaq tələb olunur. Lakin, bu xəbər hər hansı ictimai-siyasi əhəmiyyət kəsb etmirsə və məişət səviyyəli bir xəbərdirsə, AzTV onu efirə vermir. Bu, heç zaman bizim prioritetimiz olmayıb”.

Sədr müavininə suallarımızı ünvanlayırıq:

- Belə bir fikir var ki, AzTV hər şeyi ağ rəngdə görür, ancaq ölkədə olan inkişafı göstərir. Yarımçıq qalmış işləri, cəmiyyətin pis tərəfini göstərmir. Bunu necə izah edə bilərsiz?

- Bilirsiniz, biz daha çox xeyirxahlığın toxumunu səpməklə məşğuluq. Mən bunu bu cür qiymətləndirirəm. Əslində insan pozitiv xəbəri eşidəndə, görüntüləri görəndə daha yaxşı işlərə can atır. İnsan efirdə nə qədər çox aqressiya, pislik, qan görürsə, bu ona daha da mənfi təsir edir. Bunun müqabilində həmin insan adekvat addımlar atır, hərəkətlər edir. Bu baxımdan pis məlumat insanda psixoloji gərginlik yaradır. Buna görə biz çalışırırq ki, elə informasiya təqdim edək ki, o tamaşaçının mənəviyyatını və zövqünü korlamasın. Bu, bizim korpotativ siyasətimizin ana xəttidir.

- Sizdən başqa televiziyalara kadr gedəndə narahat olmursunuz ki?

- Bütün dünyada kadr axını mövcuddur. AzTV də bu məsələdə istisna təşkil etmir. Məncə, kadrı bir yerə bağlamaq mümkün deyil. Bu yerdəyişmə onun şəxsi seçimindən asılıdır. Tutaq ki, bizdə həmin insanın nə isə xoşuna gəlmir və öz yerini başqa məkanda görür. Bu da təbiidir. Yaxud, kiməsə daha yaxşı təklif edilir. Kiminsə daha yaxşı karyeraya nail olmasına yalnız sevinmək olar. Amma təbii ki, yetişdirdiyimiz kadrın bizdən getməsi bizi məyus etməyə bilməz. Əgər həmin kadrları biz hazırlayırıqsa, onları 3 il ərzində yetişdirib, öyrədiriksə, təbii ki, onların burdan getməsi çox ağrılı olur. Amma biz heç kimin qarşısını almırıq».

F.Hüsiyevin sözlərinə görə, AzTV-də işçilər müsabiqə yolu və AzTV-nin saytına öz SV-lərini göndərməklə işə qəbul olurlar. 2006-cı ildən bu günə kimi AzTV-də 3 müsabiqə keçirilib.

“Bu müsabiqələrdə 2 minə yaxın adam iştirak edib. Hər müsabiqənin sonunda cəmi 7-10 nəfər işçi götürmüşük. Təsəvvür edin ki, televiziyaya yararlı kadr göstəricisi cəmi 1 faizdir. Hətta eləsi var ki, ali məktəb bazası ilə gəlir, jurnalistka haqqında, ümumiyyətlə, təsəvvürü yoxdur və biz bunları tam jurnalist kimi hazırlayırıq.”.

İşçilər arasında gənclər üstünlük təşkil edir. Bununla belə AzTV-də 30 ilə yaxın işləyən veteran işçilər də var.

“Gəncin işləmək potensialı yaşlı insanın işləmək potensialından olduqca yüksəkdir. Gənclər daha enerjili olurlar. Amma bu da danılmazdır ki, yaşlı insanların təcrübəsi gənclərə hər zaman lazıımdır. Hazırda bizim kollektivdə yaşlı insanlar da çalışırlar. Biz bu insanların zəngin təcrübəsindən hər zaman bəhrələnirik.

Biz bu gün gənc kadrlara bilik versək, onların məhsuldar əmək fəaliyyəti 10-15 il davam edəcək. Bu baxımdan, bütün dünyada olduğu kimi bizdə də əsas üstünlük gənclərə verilir. Axı bu qədər gənc ali təhsil alır, onları kimsə işlə təmin etməlidir. Həm də nəsil dəyişilməlidir. 2006-cı ildə rəhbərlikdə dəyişiklik ediləndə, bizdə çox ciddi kadr problemi mövcud idi. İşçilərin böyük əksəriyyəti yaşlı idi, cavanlar isə olduqca az idi. O zaman AzTV-də orta nəsil yox idi. Biz həmin itirilmiş orta nəsli bərpa etdik”.

- AzTV-də kadr islahatları necə aparıldı?

- Bizdə kadr islahatları çox mütərəqqi şəkildə aparıldı. Eyni zamanda işə qəbul da seçim əsasında həyata keçirildi. Pensiya yaşı çatmışları ədəb-ərkanla təqaüdə yola saldıq. Əksəriyyəti də burdan fəxri ad alaraq getdi.

Bundan başqa, bir neçə yaşlı insanla müqavilə əsasında, işəmuzd şəkildə əməkdaşlığımız davam edir. Biz heç zaman peşəkar insanın təcrübəsindən imtina eləmirik. Axı onların illərlə qazandığı təcrübəni başqa haradan əldə etmək olar? Peşəkar kadrdan heç bir telekanal imtina edə bilməz. Təbii ki, biz də onları itirmək istəmirik

Bu məqamda sədr müavini tanınmış diktor və televiziya mütəxəssisi, xalq artisti Rafiq Hüseynovu nümunə göstərdi.

“Rafiq Hüseynov gənc diktorlarla işləyir, onların tələffüzündəki qüsurların aradan qaldırılması üçün əlindən gələni edir. Biz böyük məmnunluqla onun təcrübəsindən yararlanırıq. Hətta bir neçə təcrübəli televiziya mütəxəssisləri yenidən AzTV-yə cəlb olunub. Bunlardan Nadir Axundovu, Fuad Vəlixanovu, Aydın Əliyevi, Eldar Məmmədovu, Həqiqət Əsgərovanı, Rafiq Həşimovu, və başqalarını misal göstərmək olar”.

Faiq Hüsiyevin sözlərinə görə, AzTV-nin beynəlxalq əlaqələri bu gün ən yüksək səviyyədədir. AzTV-nin  əməkdaşları 2007-ci ildə ABŞ-ın bir sıra kanallarında, o cümlədən NBC, CBC, CNN və başqa kanallarda olub.

“Orada olduğumuz müddətdə biz onların iş təcrübəsindən bəhrələndik. O cümlədən Avropa, həmçinin Rusiyanın ən məşhur kanalları olan ORT, RTR, NTV-də olduq. Ukraynanın, Belarusun dövlət kanalları ilə də əməkdaşlıq əlaqələrimiz var. Onlar bizə, biz də onlara materiallar veririk. Bundan başqa, AzTV-nin Amerika, Ukrayna, Belarus, Orta Asiya ölkələri, Türkiyə, İran və Yaxın Şərqdə müxbir məntəqələri də var. Həmçinin Ərəb ölkələri və Şimali Afrikada da müxbir heyətimiz fəaliyyət göstərir”.

Məlum oldu ki, AzTV-nin Azərbaycan daxilində bütün bölgələri əhatə edən müxbir postları var:

“Həm də bütün məntəqələrimiz ən müasir çəkiliş avadanlığı və ötürmə ləvazimatı ilə təmin olunub. Demək olar ki, hadisə baş verəndən sonra maksimum 2 saat ərzində həmin material bizdə olur. Biz də onu operativ şəkidə yayıma veririk. Xaricdə fəaliyyət göstərən müxbir məntəqələrimiz də müasir standartlara cavab verir. Mən qeyd edim ki, televiziyamız dünyanın ən öncül informasiya agentlikləri ilə də əməkdaşlıq edir”.

Sədr müavini onu da qeyd etdi ki, AzTV-nin xəbərlər xidməti Azərbaycanda, həmçinin Qafqazda ən böyük “newsroom”a malikdir.

“Bundan böyük xəbər otağı Qafqazda və Azərbaycanda mövcud deyil. Hal-hazıra 60-a yaxın müxbirimiz fəaliyyət göstərir. Bundan başqa, xəbərlər xidmətinin 10 montaj otağı var. Bu gün AzTV-nin xəbərləri böyük imkanlara malikdir. Biz bundan istifadə edib işimizi səmərəli şəkildə qururuq.  Bundan başqa, bizim rus və ingilis dilində xəbər xidmətlərimiz də var”

“Biz səliqəli xəbərlərə üstünlük veririk...”

Növbəti müsahibimiz «Xəbərlər» İnformasiya Studiyasının direktor müavini Məqsəd Nur oldu. Onun sözlərinə görə, 24 saatlıq rejimlə çalışan kollektivdə əsas yaş göstəricisi 23-27 arasıdır və daha çox reportyor sisteminə üstünlük verirlər. 

“Bizdə siyasət, iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət sahələri, eləcə də dövlət strukturları üzrə ixtisaslaşmış əməkdaşlarımız var. İnformasiya xammal formasında daxil olur, ondan sonra müəyyənləşir ki, bu materialı kim işləyəcək”-deyə müsahibimiz bildirdi.

«Siz daha çox operativliyə önəm verirsiz, yoxsa dəqiqliyə» sualına təcrübəli jurnalist belə cavab verdi:
“Biz ilk növbədə dəqiq, səliqəli və səhih xəbərlərə üstünlük veririk. Bizi dövlət kanalı kimi qəbul edirlər. Bu baxımdan, yoxlanılmış, düzgün xəbərlər yaymağa borcluyuq. Etibarsız mənbələrə heç vaxt müraciət etmirik. Ancaq bir çox məsələlərdə operativliyə önəm veririk. Məncə, xəbərlər sistemində Azərbaycanda öndəyik”

ANS-də başlamışdı, “Lider”də davam etdi, indi AzTV-dədir...

Daha sonra “newsroom”da qaynar iş rejimi ilə çalışan yaradıcı heyətlə tanış olduq.

Əvvəllər bir çox telekanallarda çalışan, hamının efirdən tanığı Leyla Səmədova ilə ayaqüstü söbhət etdik. «Xəbərlər»in şef redaktoru vəzifəsində çalışan L.Səmədova AzTV-yə keçməsini səbəbini izah etdi: “Əvvəl ANS-də, daha sonra “Lider”də, bir müddət Nəqliyyat Nazirliyində çalışmışam. Məncə, AzTV bizim ana televiziyamızdır. Həmçinin burdakı təkliflər daha xoş və cəlbedici olduğu üçün mən AzTV-yə gəlməyi qərara aldım".

Dövlət kanalında iş prinsipinin gərgin olduğunu söyləyən L.Səmədova vurğuladı ki, «bizdə xəbərlər daha etibarlı və əhatəlidir. Bu da bizim işimizə müsbət təsir göstərir».

«Hazırda hansı aparıcını bəyənirsiniz» sualına L.Səmədovanın cavabı belə oldu: «Kollektivimizdə aparıcıların hamısı yaxşıdır. Ancaq gənclər arasında ən çox xoşuma gələn diktor Ruslan Həsənovdur. Hesab edirəm ki, Ruslan Həsənov Rafiq Həşimov və Nəsimi Nəbizadədən sonra klassik ənənəni düzgün şəkildə davam etdirir».

Adını da eşitdik, özünü də gördük...

Həmkarının komplimentini məmnunluqla qarşılayan Ruslan Həsənov dedi ki, o da Rəşad Mehdili kimi 2007-ci ildən AzTV-də işləyir. Müsabiqə yolu ilə dəvlət kanalına gəldiyini bildirən R.Həsənov ilk efir həyacanını belə xatırladı: “İndiki kimi, yadımdadır, biz iyunun 16-da «Xəbərlər» proqramına gəldik. İlk dəfə efirə iyulun 2-də çıxdım. Bu mənim üçün unudulmaz tarixdir”

4 ildir ki, qocaman televiziyada çalışan R.Həsənov bütün uğurlarına görə, AzTV-yə və onun rəhbərliyinə borclu olduğunu söylədi: «Mən bura gələnə kimi efir nə idi bilmirdim. İndi nə bilirəmsə, hamısını burda öyrənmişəm».

Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirən R.Həsənov uşaqlıqdan bu sahəyə böyük marağı olduğunu dedi:

“İxtisasca jurnalist olmasam da, uşaqlıqdan bu sahəyə böyük marağım olub. Jurnalist olmaq arzusunu içimdə gizli saxlamışdım. Nə olursa-olsun, bu arzumu reallaşdırmaq ümidi ilə özüm üçün yollar axtarırdım”.

Həmsöhbətimi bundan öncə Mədəniyyət və Turizm Nazirliyində və Gənc Tamaşaçılar Teatrında işləyib.

«Özünüzü diktor hesab edirsiz, yoxsa aparıcı?». Bu sual Ruslanı bir qədər düşündürdü. Və o, öz fikrini belə izah etməyə çalışdı: “Biz sələflərimizə, ustadlarımıza kəm baxmamalıyıq. Bu gün, təbii ki, bizlərə aparıcı deyirlər. Mən də bura aparıcı kimi gəlmişəm.Amma biz diktorluq ənənəsini qoruyub saxmalıyıq”

Biz onunla söhbət edərkən belə Ruslan iş başında idi. Öz işini həvəslə görən tanınmış aparıcı daha çox özəl sujetlər hazılamağı sevdiyini bildirdi.

AzTV-dən başqa bir kanala getmək istəmədiyini söyləyən R.Həsənov maraqlı məqama toxundu: «Mən AzTV-ni başqa bir kanala dəyişmərəm. Bu haqda təklif olsa belə, qəbul etmərəm. Mən bugünkü uğurlarıma görə AzTV-yə borcluyamsa, bu sənəti burada öyrənmişəmsə, başqa kanala getməyi özüm üçün xəyanət hesab edirəm”.

AzTV-nin daha bir veteranı...

Növbəti həmsöhbətimiz tanınmış jurnalist, uzun illərdir ki, Azərbaycan Televiziyasında işləyən Sakit Ocaqlı idi. 28 ildir AzTV-də olduğunu söyləyən S.Ocaqlı burda müxtəlif vəzifələrdə çalışıb. Əvvəlcə buraxılış redaktoru kimi fəaliyyətə başlayan jurnalist 1987-ci ildən bəri «Xəbərlər» departamentində redaktor, daha sonra 12 il ictimai-siyasi şöbənin müdiri işləyib. İlk fəaliyyətinə orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb.

«Bu zamana kimi AzTV-dən başqa bir yerə getmək istəmisizmi» sualına S.Ocaqlı özünəməxsus şəkildə cavab verdi:
“Sözün düzü, buradan başqa bir yerə getmək mümkün deyildi, həm də alınmayıb. Bizdə işə gəlib-gedənlər çox olub. Bu insanların xarakterindən asılı olan bir şeydir. Amma bir çoxlarımız bura bağlanmışıq. Yaradıcı iş elədir ki, ona bağlandınsa, ayrılmaq çox çətindir”

S.Ocaqlı hesab edir ki, qabaqcıl texnoligiyanın inkişafı jurnalist işinə də müsbət təsir göstərib: “Biz yaşlılar çətinliklə də olsa artıq kompüteri öyrənmişik. Əvvəllər bizə kompüterlər verilmirdi. İndi hər bir şərait yaradılıb və yalnız əməkdaşlarımızın yaradıcılıq potensiallarını ortaya qoyması tələb olunur”.

“Ən yüksək təkliflər gəlsə belə, buradan ayrılmaram”

Efirdə gördüyümüz insanlarla canlı söhbət eləmək, onlardan müsahibə götürmək çoxdankı arzumuz idi. Fürsətdən istifadə edərək, AzTV-nin tanınmış diktoru Nəsimi Nəbizadəyə yaxınlaşdıq. Çox sadə, səmimi insan təsiri bağışlayan N.Nəbizadə ixtisasca filoloqdur. O, diktorluq sənətində qocaman radio diktoru Sabir Axundovu öz ustadı hesab edir.

N.Nəbizadə 15 ildir ki, AzTV-də işlədiyini bildirdi: “Mən uzun illərdir ki, ana televiziyada çalışıram. Burda işləməkdən zövq alıram. İnanın ki, başqa yerlərdən ən yüksək təkliflər gəlsə belə, mən buradan, kollektivimdən ayrılmaram”.

«AzTV sizə nə verib» sualına Nəsimi təbəssümlə cavab verdi: “Populyarlıq. Bizi, ən azı, küçədə insanlar tanıyırlar. Burada isə gözəl dostlar tapmışam. Həyatda insana nə lazımdırsa, hər şeyi burada öyrənmişəm”.

Onun sözlərinə görə, telekanalda gənclərlə orta nəslin nümayəndələri arasında sağlam rəqabət hökm sürür.

Operatorların “qorxduğu” rejissor...

Belə... “Newsroom”da işimizi başa vurub, digər redaksiya və departamentlərə getməkdən ötrü lobbiyə çıxırıq. Bu zaman AzTV-nin gənc rejissoru Səbinə Bağırzadə ilə qarşılaşırıq. Ayaqüstü söhbət zamanı Səbinə xanımın artıq AzTV-də beşillik iş təcrübəsinə malik olduğunu öyrəndik. Hazırda S.Bağırzadə Müəllif və Xüsusi Layihələr Departamentinin rejissorudur. Gərgin iş rejiminə baxmayaraq, televiziyada çalışmasından məmnunluq duyan rejissor çəkiliş zamanı sərt olduğunu da etiraf etməkdən çəkinmədi.

- Deyirlər siz operatorların başına oyun açırsınız?

- Elədir. Hamı bilir ki, mən işimdə çox məsuliyyətliyəm.

Gənc rejissor AzTV-də tələblərin yüksək olduğunu bildirdi. “Həftədə 3 veriliş təhvil verirəm. Bu da televiziya üçün inanılmaz göstəricidir».

«Dadlı dünya», “Məqam”, Klassika” kimi verilişlərin rejissorluğunu edən S.Bağırzadə onu da vurğuladı ki, heç bir TV-də gənclər üçün AzTV-dəki kimi yaxşı şərait yoxdur: “Məni başqa kanallara dəvət edirlər. Amma buradan heç bir yerə getmək fikrində deyiləm”.

Mədəniyyət kanalının açılışı ərəfəsində iş başdan aşırdı...

Uzun illərdir AzTV-də fəaliyyət göstərən, görkəmli mədəniyyət xadimi Nadir Axundovla Proqram Direktorluğunda üz-üzə gəlirik.

Gənclik illərindən AzTV-də çalışan N.Axundov bildirdi ki, onlar həyatlarını TV-yə bağlamış insanlardırlar: «Televiziya həyatımda unudulmaz xatirələr, silinməyən izlər qoyub».

O, AzTV-də müxlətif vəzifələrdə çalışdığını söylədi: “İlk dəfə dövlət televiziyasına gələndə musiqi tərtibatçısı, kiçik redaktor, böyük redaktor daha sonra şöbə müdiri və baş redaktor vəzifələrində işləmişəm”

Bir müddət sevimli kanalından uzaq düşdüyünü yada salan N.Axundov qeyd etdi ki, 90-cı illərdə başlayan hərc-mərcilikdən sonra bir çoxları kimi AzTV-dən getməli olub. Bir müddət Filarmoniyada baş redaktor işləyən mütəxəssis daha sonra bir neçə il “Space”də çalışıb. Amma N.Axundov hər zaman doğma televiziyasına qayıtmaq həsrəti ilə yaşayıb və uzun ayrılıqdan sonra 2006-cı ildə Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun dəvəti ilə yenidən öz kanalına qayıdıb.

Qeyd edək ki, N.Axundov AzTV-nin nəzdində fəaliyyyətə başlayan Mədəniyyət kanalının direktor müavini vəzifəsinə təyin edilib (bu yaxınlarda onunla geniş müsahibəmiz saytımızda yerləşdirilmişdi-red.). Sonda N.Axundov qeyd etdi ki, əgər tamaşaçıların zövqünün fomalaşmasında zərrə qədər əməyi olubsa, özünü çox xoşbəxt hiss edir.

Reportajımızın hazırlanması Mədəniyyət kanalının açılış mərasiminə hazırlıq ərəfəsinə düşdüyündən, demək olar ki, Azərbaycan Televiziyasında hər kəsin işi «başından aşırdı». Amma bu cür gərgin iş rejiminə baxmayaraq, müraciət etdiyimiz bütün insanlar böyük məmnuniyyətlə bizimlə həmsöhbət olurdular.

“Bizim tamaşaçıya deməyə sözümüz çoxdur”

Belə şəxslərdən biri də AzTV-nin proqram direktoru İlham Alışanov idi. Bizi böyük səmimiyyətlə qarşılayan İ.Alışanov bütün suallarımızı cavablandırdı.

55 yaşlı qocaman televiziyanın keçmişinə və bu gününə nəzər salan proqram direktoru bildirdi ki, AzTV Azərbaycan gerçəkliyinin salnaməsini yaradıb:
“Bu günün Azərbaycan Televiziyası 10-15 il əvvəlki AzTV deyil. Azərbaycan Televiziyası tamamilə dəyişib. Maddi-teniki bazanın gücləndirilməsi və digər köklü dəyişikliklər yalnız bir məqsədə - tamaşaçılara həm bədii-estetik baxımdan, həm milli-mənəvi dəyər baxımından yüksək keyfiyyətli verilişlərin təqdim olunmasına xidmət edir. Biz də bu missiyanı çox böyük məsuliyyətlə yerinə yetirməyə çalışırıq”.

İ.Alışanov AzTV-nin imkanlarının heç bir kanalla müqayisə edilə bilməyəcəyini əminliklə söylədi: “Bizim videotekada elə qiymətli materiallarımız var ki, bunlar heç bir TV-də yoxdur. Bu təkcə bizim televiziyanın «Qızıl fondu» deyil, bütün milllətin yaddaş tarixçəsidir. Bu mənada, Azərbaycan xalqının 55 yaşlı AzTV ilə fəxr etməyə haqqı var”.

Onun sözlərinə görə, AzTV-nin uğurları göz qabağındadır. “Tamaşaçı ən yaxşı hakimdir. Azərbaycan televiziyası hər zaman öz missiyasını davam etdirib. Mən hesab edirəm ki, Azərbaycan televiziyası öz üzərinə düşən bütün funksiya və vəzifələri çox ləyaqətlə yerinə yetirir. Biz 55 illik yubileyimizi alnıaçıq, başıuca qarşılayırıq. Bizim tamaşaçıya deməyə sözümüz çoxdur. Eyni zamanda əldə olunan uğurlarla kifayətlənmək fikrində deyilik”.

«İdman Azərbaycan»ın baş redaktoru nələri danışdı..?

Proqram direktoru ilə maraqlı söhbətimizi bitirib, «İdman Azərbaycan» kanalına getdir. İdmansevərlərin bir nömrəli kanalına çevrilən «İdman Azərbaycan»ın studiyası və otaqları ilə tanış oluruq.

Kanalın baş redaktoru, tanınmış idman jurnalisti, 70-80-ci illərin populyar və sevimli şərhçilərindən biri olan Aydın Əliyevlə görüşdük.

Onunla söhbətə ideal şərhçinin olub-olmamasından başlayırıq.

«Hesab edirəm ki, ideal şərhçi yoxdur, yaxşı şərhçi var. Deyə bilərəm ki, bizdə də savadlı şərhçilərimiz çoxdur və yeniləri də yetişir. Onları çox bəyənirəm. Biz çalışırıq reportajlarımıza daha çox təcrübəli mütəxəssisləri cəlb edək. Reportajın və verilişin baxımlı olmasının mütləq şərtlərdən biri şərhçinin peşəkar olmasıdır. Hər bir şərhçi reportajını apardığı idman növü haqda geniş məlumata malik olmalıdır. Bəzən xarici şərhçilər hər hansı futbolcu haqda o qədər məlumat verirlər ki, mən də zarafatla deyirəm ki, bircə hansı doğum evində dünyaya gəldiyini demədilər. İnformasiya bol olsa da, onların içindən tamaşaçılar üçün daha maraqlısını, əhəmiyyətlisini seçib özü də məqamında qeyd eləmək lazımdır. Bəzən şərhçilər deyirlər filan fotbolçu topu başıyla və ya ayaqla vurdu. Buna ehtiyac yoxdur. Axı tamaşaçı da sizin kimi bunu görür. Çalışmaq lazımdır ki, tamaşaçı şərhdən yorulmasın, bezməsin. «İdman Azərbaycan»da peşəkar şərhçilər və idman jurnalistləri var. Onların arasında ilk növbədə mən Fikrət Adgözəllini qeyd etmək istərdim».

Aydın Əliyev hesab edir ki, 40 nəfər işçisi olan «İdman Azərbaycan»ın reytinqi yüksəkdir: “Amma dayanmaq olmaz, daim çalışmaq lazımdır. Çatışmayan cəhətlərimiz də var. Amma inanıram ki, «İdman Azərbaycan» yaxın gələcəkdə Rusiyanın «NTV-sport», Türkiyə kanalları ilə rəqabət aparmağa qadir olacaq. Bizdə də dünya və Avropanın qabaqcıl ölkə liqaları kimi futbol yarışlarımız keçirilsə, təbii ki, sponsorlarımız da artar, gəlirlərimiz də çoxalar. Bizim uğurumuz yerli idmanın inkişafından çox asılıdır”.

Qocaman jurnalist «İdman Azərbaycan»a baş redaktor təyin olunmasının maraqlı tarixçəsindən də söz açdı: «Ağlıma da gəlməzdi ki, məni bura baş redaktor gələcəyəm. Sadəcə, «İdman Azərbaycan»da iki layihə həyata keçirmək istədim. Bu məqsədlə Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovla görüşdüm. Söhbət zamanı o, bildirdi ki, məni bu kanalda baş redaktor kimi görmək istəyir. Mən də bu təklifi qəbul etdim. Tezliklə təklif etdiyim layihələr də «İdman Azərbaycan»da gerçəkləşəcək. Mənə təsir edən məqamlardan biri də odur ki, Arif müəllim vaxtilə AzTV-də çalışdığım keçmiş otağımda işləməyim üçün bütün şəraiti yaradıb. Bu etimadı mənə göstərdiyi üçün sədrimiz Arif Alışanova minnətdaram».

İctimai-siyasi proqramlar redaksiyasında...

«İdman Azərbaycan»dan çıxıb AzTV-nin ən qaynar redaksiyasından birinə - İctimai-siyasi proqramlar redaksiyasına gedirik. Burada bizi hamının “Həftə” və “Günün Nəbzi” kimi proqramlardan və digər tok-şoulardan tanıdığı təcrübəli jurnalist, İctimai-siyasi redaksiyasının baş redaktoru  İbrahim Məmmədli qarşılayır. Elə dərhal da ona öz sualımızı ünvanlayırıq.

- Sizin üçün AzTV nə deməkdir?

- AzTV mənim üçün milli informasiya təhlükəsizliyini təmin edən bir mexanizmdir. Özümü də bu qurumda həmin işi həyata keçirənlərdən biri kimi görürəm. Cəmiyyətdə müxtəlif kateqoriyalı adamlar var. Onlardan bir çoxu neqativ, bəziləri isə pozitiv informasiya almağa çalışırlar. Biz çalışırıq ki, dövlətin, hökumətin, prezidentin qəbul etdiyi qərarlar, imzaladığı sərancamlar, yürütdüyü siyasət haqda insanlara maksimum məlumat verək. İnsanların buna haqqı var. Onlar bu baxımdan nə qədər çox məlumat alsalar, özləri üçün daha faydalı olar. Bu baxımdan mən deyə bilərəm ki, AzTV cəmiyyətim informasiya təlabatını tam ödəyə bilir.

- Necə oldu ki, Azərbaycan televiziyasına keçdiniz?

- Bundan öncə “Space”də, ANS-də işləmişəm. Həyat belədir ki, insanlar daim eyni yerdə işləmirlər, ömürlərinin hər hansı bir mərhələsində iş yerlərini dəyişirlər. ANS-dən ayrılarkən mənim bu fikrimi kanal rəhbərliyi normal qarşıladı. Daha sonra Prezident Administrasiyasına işə qəbul olundum. Orda İctimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi işlədim.

2006-cı ildə AzTV rəhbərliyində dəyişiklik edilən zaman bura dəvət olundum. Mən də bu təklifi məmnuniyyətlə qəbul etdim. İşimdən razıyam. Biz nə qədər çox işləsək də, yorulmamışıq.

AzTV-də işləməyin heç də asan olmadığını söyləyən İ.Məmmədli qeyd etdi ki, QSC yeni rejimə keçməyi uğurla bacardı:
“Televiziyada ən əsas şərtlərdən biri də güclü maddi-texniki bazanın olmasıdır. Əgər bu yoxdursa, sizin nə qədər yaxşı layihələriniz olsa belə, iş uğurlu alınmayacaq. AzTV-də bütün şərait var. Biz heç ağlımıza da gətirməzdik ki, eyni vaxtda 4 ölkə ilə telekörpü yarada bilərik. Artıq AzTV-də bu cür imkanlar da var. Bu Azərbaycanda görünməmiş bir hadisədir”.

İnsanların problemlərini həll etmək üçün çalışdıqlarını söyləyən İ.Məmmədli dedi ki, onların əsas məqsədlərindən biri də bu cür məsələləri müvafiq instansiyaların diqqətinə çatdırmaqdır:

“Biz dövlət məmurları ilə insanların birbaşa əlaqələrini həyata keçiririk. Biz insanların problemlərini bilavasitə yuxarı təbəqələrə efir vasitəsi ilə çatdırırıq. Əgər əhalinin hər hansı problemlərinin həll olunmasında köməyimiz olursa, buna çox  sevinirik. Odur ki, bizim əsas funksiyamız hökumətlə cəmiyyətin əlaqələrini qurmaqdır”.

İ.Məmmədli rəhbərlik etdiyi redaksiya heyətinin daha çox təcrübəli insanlardan ibarət olduğunu bildirdi.

 “Bizim redaksiyada 20-yə yaxın işçi çalışır. Demək olar ki, əməkdaşlarımızın əksəriyyəti jurnalistika sahəsində 10 ildən az olmayan təcrübəyə malikdirlər. Yəni bu redaksiyadakı jurnalistlər ən professional jurnalistlərdir, hətta müxtəlif dövlət mükafatlarına və medallarına layiq görülənlər də var”.

Onun sözlərinə görə, redaksiyada səmimi və xoş əhval-ruhiyyə hökm sürür. “Redaksiyamıza yeni gələnlərin statusu köhnələrdən daha yüksəkdir. Gənclər təbii ki, daha enerjili olur, amma elə məqamlar var ki, təcrübəlilərə daha çox arxalanırsan».

İ.Məmmədlinin fikrincə, 55 ildə AzTV-də çox iş görülüb: «Amma deyə bilmərəm iş artıq görülüb qurtarıb. Yox, bu, düzgün olmazdı. Bizim öz məqsədimiz var. Ən əsası odur ki, biz hara getdiyimizi bilirik. Hərəkət isə daim olmalıdır”.

Prezidentin tədbirlərini efirə o hazırlayır...

Azərbaycan Televiziyasında yenidənqurmadan sonra hər şey büsbütün dəyişdiyinə biz özümüz də şahid idik. Qeyri-xətti montaj otaqları da dövrün ən son standartlarına uyğun avadanlıqlarla təchiz edilib.

Rəsmi dövlət tədbirlərinin montaj olunduğu otaqda «Xəbərlər» İnformasiya Studiyasının bədii rəhbəri Fərhad Naibovla tanış oluruq. 40 ildən çoxdur ki, AzTV-də çalışan Fərhad müəllim rejissor kimi irimiqyaslı dövlət tədbirlərinin, ölkə prezidentinin iştirak etdiyi səfərlərin, keçirdiyi müşavirələrin efirə hazırlanması üzrə misilsiz təcrübəyə malikdir. Necə deyərlər, öz işinin əsl peşəkarıdır.

Təqdirəlayiqdir ki, son illərdə AzTV-də belə peşəkarların hazırlanması prosesinə xüsusi diqqət yetirilir. Elə təsadüfi deyil ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə Televiziya və Radio Akademiyası da AzTV-nin nəzdində yaradılıb.

“Mədəniyyət kanalının da AzTV-nin tərkibində yaradılması təsadüfi deyil”

AzTV-yə gələsən, Akademiyanın rektoru Etibar Babayevlə görüşməyəsən… Əlbəttə ki, buna yol verə bilməzdik. Ona görə də gəlişimizdən xəbərdar olan rektorun görüşünə tələsirik.

E.Babayev rəhbərlik etdiyi qurumun işindən, qarşıda duran vəzifələrdən söz açdı. Ömrünün böyük bir hissəsini dövlət televiziyasında keçirdiyini xatırladan bu təcrübəli telemütəxəssis Akademiyanın gənc jurnalistlər üçün böyük əhəmiyyət daşıyacağını vurğuladı.
«Son illərdə Azərbaycan Televiziyasının nəzdində Akademiyanın, Mədəniyyət kanalının yaradılması böyük tarixi hadisədir. Akademiya təkcə AzTV üçün deyil, bütün teleməkanımız üçün peşəkar kadrlar hazırlayacaq. Burada yetişən gənclər tamamilə fərqli olacaqlar. Çünki onlar burada təkcə nəzəri biliklərə malik olmayacaqlar, həm də böyük təcrübəyə yiyələnəcəklər. Bunun üçün Akademiyada studiyalar fəaliyyət göstərəcək. Onlar Akademiyanı bitirdikdən sonra hazır kadr kimi istənilən televiziyada və ya radioda çalışa biləcəklər. Amma inanıram ki, bizim müdavimlərimiz elə AzTV, Mədəniyyət və «İdman Azərbaycan»da çalışmağa böyük üstünlük verəcəklər. Arif Alışanovun rəhbərliyi ilə son illərdə burada yaradılan şərait yaradıcılıq potensialını gerçəkləşdirmək üçün kifayət qədər münbit şərait yaradır. Məhz güclü maddi-texniki bazasına, yaradıcılıq potensialına və zəngin fonduna görə Akademiyanın və Mədəniyyət kanalının da AzTV-nin tərkibində yaradılması məqsədəuyğun hesab olundu”.

O, Akademiyanın fəaliyyəti ilə bağlı Rusiya, Böyük Britaniya, Türkiyədəki mütəxəssislərlə danışıqlar aparıldığını, bir-iki günə ABŞ Dövlət Departamentinin dəvəti ilə bu ölkəyə yola düşəcəyini söylədi.

Akademiya ilə yaxından tanış olduqda, burada görülən işlərin müasir və dövrün son tələblərinə uyğun qurulmasına çalışıldığına şahid olduq. Gələcək tələbələri burada işıqlı, yüksək zövqlə təmir edilən və müasir avadanlıqlarla təchiz ediləcək auditoriyalar gözləyir. Hələlik isə «Xəbərlər»in bir qrup əməkdaşı Akademiyada reportyor sənətinin incəliklərinə yiyələnməklə məşğuldur.

Etibar Babayevin fikrincə, AzTV 55 illik tarxinində böyük uğurlar qazanıb. Ən əsası isə AzTV insanların inanmını, etimadını doğruldub.

Hər gün ən azı, bir film dublyajı...

Və nəhayət yolumuz “Telefilm” departamentinə düşür. Departamentin baş redaktoru Səyavuş Məmmədov oldu. Bu departamentə kino, dublyaj redaksiyaları da daxildir. S.Məmmədov düz 43 ildir ki, AzTV-də işləyir.
“İlk dəfə  bura gələndə 6 ay pulsuz işləmişəm, 1967-ci ildə isə məni bura işə qəbul etdilər”

O, bildirdi ki, «Telefilm» ayda 60 saatdan çox dublyaj filmi nümayiş etdirir, 4 portret verilişi təhvil verir və kinoya dair müxtəlif səpkili verilişlər hazırlayır. Departamentdə 30 əməkdaş çalışır və kənar mütəxəssislər də işə cəlb olunur.

Əməkdar jurnalist bildirdi ki, hər gün, ən azı, bir film dubliyaj edirlər: «Bizim çox tanınmış dublyorlarımız var. Onların arasında Səidə Quliyevanı, Ramiz Məlikovu, Ədalət Məmmədovu qeyd edə bilərəm».

Son illərdə AzTV-də aparılan dəyişikliklərin dubliyaj prosesinə də müsbət təsir göstərdiyindən danışan baş redaktor yaradılan şəraitdən razılıq etdi.

“Biz çalışırıq filmlərimiz rəngarəng olsun, insanlar filmlərə baxanda yorulmasınlar. Özü də çalışırıq ki, hər obrazı ayrı-ayrı aktyor səsləndirsin. Ona görə də dublyaj zamanı bir filmə bəzən 6-7, bəzən də 10-15 aktyor cəlb olunur. Bundan başqa, bütün ciddi şirkətlərdə qəbul olunduğu kimi, AzTV-nin dublyaj studiyasında hər hansı bir aktyoru eyni Azərbaycan artisti səsləndirir. Filmlər dəyişir, amma həmin aktyoru səsləndirən azərbaycanlı həmkarı dəyişmir. Onu da deyim ki, bizim dublyaj studiyalasında yaradılan şərait və imkanlar ölkənin heç bir kanalında yoxdur. Odur ki, bizim imkanlarımız artıqca, iş səviyyəmiz də yüksəlir» - deyə S.Məmmədov qürurla bildirdi.

Yolumuz radioyadır...

Televiziya ilə maraqlı ekskursdan sonra Azərbaycan Radiosunun kollektivi ilə də yadda qalan görüşlərimiz oldu.  Görüşlərdə müxtəlif məsələrlə bağlı söhbətlər etdik, tanınmış şəxslərlə tanış olduq.

Radionun müasir durumunu, qarşıda duran vəzifə və yenilikləri öyrənmək üçün QSC-nin radio üzrə müavini Cavanşir Cahangirovla həmsöhbət olduq.

Fəaliyyətini televiziyada başlayan C.Cahangirov bu vəzifəyə təyin olunanda tərəddüd keçirdiyini etiraf etdi:
“Mən bütün həyatımı televiziyada keçirmişəm. Radio üzrə müavin təyin olunmağımın əsas məqsədi televiziyada başa çatan islahatların radioda da tətbiq edilməsinə nail olmaq idi. O zaman radioda böyük bir boşluq yaranmışdı. Bu boşluğu aradan qaldırmaq vacib idi. İlk növbədə iş rejimini nizama saldıq. Əvvəllər işə səhər saat 10-da gəlib günorta çıxıb gedirdilərsə, biz bu məsuliyyətsizliyi aradan qaldırdıq. Rəhbərliyin radionun yenidən qurulması göstərişindən sonra bura yeni bir nəfəs gəldi. Radionun binasında təmir işləri başa çatmaq üzrədir və bütün texniki avadanlıqlar tamamilə təzələnib. İnşallah, martda yeni avadanlıqlarla efirə çıxmaq niyyətindəyik. Hazırda əməkdaşlarımız mütəxəssislərlə yeni avadanlıqlarda işləmək təcrübəsini mənimsəməkdədirlər».

Gənc kadrlara hər zaman ehtiyac olduğunu vurğulayan C.Cahangirov bildirdi ki, hazırda televiziyada orta yaş 30-dur, amma bir qədər əvvəl radioda bu yaş həddi 60 idi. “Təsəvvür edin radio necə də geridə qalmışdı. Bizim indiki imkanlarımız çox yüksəkdir”.

Daha sonra müsahibimiz radionun hazırki imkanlarından danışdı: “5 mərtəbəli inzibati bina və ən son model avadanlıqlar ölkədəki heç bir radioda yoxdur».

C.Cahangirov gənc işçiləri sınaqdan keçirərək işə götürdüklərini vurğuladı. “Biz yeni işçini götürərkən, ilk növbədə bilik səviyyəsini yoxlayırıq. Televiziyadan fərqli olaraq radioda əsas göstərici səsdir: “Radio aparıcının xarici görünüşü olmasa da, onun gözəl səsi, nitqi işləməsi üçün kifayətdir”.

Sədr müavini onu da əlavə etdi ki, yeni, maraqlı layihələrlə müraciət edən istənilən istedadlı şəxsə radioda şərait yaradılır. «Bizdə işəmuzd sistem mövcuddur. Əvvəlki dövrlərdə olduğu kimi, işləmədən boş yerə maaş almaq mümkün deyil. Kim işləyirsə, o da qonarar alır”

Dövlət radiosunda ucuz əyləncəyə yer olmadığını söyləyən C.Cahangirov onu vurğuladı ki, “bizim missiyamız maarifləndirməkdir. Bu isə o deməkdir ki, dinləyicilərimizi arxamızca aparaq, dinləyicinin arxasınca getməyək. Azərbaycan radiosunun fonotekası heç bir radioda yoxdur. Bu fonotekada Azərbaycan xalqının mənəvi irsi yatır. Bu irsin dəyəri pulla ölçülə bilməz”.

Öyrəndik ki, Azərbaycan Radiosunda 420 işçi çalışır. Onların arasında texniki işçilər üstünlük təşkil edir. C.Cahangirov etiraf etdi ki, maddi-texniki bazanın yenilənməsi müasir texnika ilə işləməyi bacarmayanlarla yolları ayıracaq.
«Amma biz onları alternativ işlə təmin etməyə çalışacağıq. Çünki bu, insan faktorudur və olduqca ağrılı prosesdir. Amma buna məcburuq».

Radioda maddi-texbiki bazanın tamamilə yenilənməsinə isə özümüz şahid olduq. Litvadan gələn mütəxəssislər avadanlıqların quraşdırılması prosesini artıq başa çatdırmaq üzrədirlər. Litvalı mütəxəssislər həmçinin radionun əməkdaşlarına avadanlıqlardan necə istifadə etməyi öyrədirdilər. Bunu da öz gözümüzlə gördük. Bütün bunlar onu göstərir ki, Azərbaycan radiosu öz populyarlığını geri qaytarmaq üçün ciddi şəkildə çalışır.

“Hər bir televiziyanın öz siması var”

QSC-də sonuncu görüşdüyümüz şəxs isə həmkarımız, Dövri Nəşrlər və Sosioloji Sorğular Departamentinin direktoru Varis Yolçiyev oldu.

Bu departamentə «Ekran-efir» qəzeti, «TV plyus» jurnalı və sosiloji sorğu mərkəzi daxildir. Qurumda 25 nəfərə yaxın əməkdaş çalışır. 2007-ci ildən qəzetə və jurnala rəhzbərlik edən V.Yolçuyev bildirdi ki, nəşrlər həm dizayn baxımından, həm də zənginlik baxımından rəngarəngdir. «Qeyd edim ki, bizim jurnal çox yüksək satış tirajına malikdir. Bu göstərici 80%-a yaxındır».

Departament direktoru bizimlə söhbət zamanı bildirdi ki, AzTV insanların zövqlərini hər zaman nəzərə alan yeganə qurumdur. “Biz hər ay respondentlər arasında sorğular keçiririk. Ayda elə olur ki, 2500 tamaşaçı ilə əlaqə saxlayırıq və  onların rəyini öyrənməyə çalışırıq. Hər ay anonim telefon sorğusundan başqa,  adbaad sorğu da aparırıq. Bu sorğu zamanı müxtəlif təşkilatlara, müəssisələrə, idarələrə anketlər göndəririk. Bizdə tamaşaçılar daha çox informasiya proqramlarına önəm verirlər. Bu isə o deməkdir ki, əyləncə ilə yanaşı, ciddi informasiya verilişlərinə də baxan insanlar az deyil».

«Tamaşaçılar hansı dəyişiklikləri sizdə görmək istəyirlər» sualımızı V.Yolçıyev belə cavablandırdı:

”Tamaşaçılar çox istəyirlər ki, AzTV-də rəsmilik az olsun. Ancaq bu dövlət televiziyasıdır. Dövlətin siyasətini təbliğ etdiyi üçün bizdə ucuz əyləncə verilişləri vermək mümkün deyil. Dövlət televiziyası ilə özəl telekanalların xətti tam başqadır. Voleybolla futbol arasında necə rəqabət ola bilər? Hər bir televiziyanın öz siması var. Hər bir kanal öz səviyyəsinə, zövqünə uyğun verilişlər edirlər. AzTV bayağı verilişlərdən çox uzaqdır. Hazırda AzTV tamaşaçıların etimadını qazanıb. Bizim sorğularımıza əsasən əgər əvvəllər AzTV-nin reytinqi 20-25 faiz idisə, hazırda bu cöstərici 75 faizdir. Bundan başqa, sorğulara başlayarkən, tamaşaçıların bir çoxu əməkdaşlarımızın suallarını heç eşitmək istəmirdilər. İndi isə mənzərə tam başqadır, AzTV-nin efiri dəyişdikcə, tamaşaçıların kanal barədə rəyi də müsbətə doğru dəyişir. Bunu bizim sorğuların nəticələri də göstərir».

Bu da reportajımızın sonu... AzTV-də az vaxt itirmədik. Amma ölkə teleməkanının formalaşmasında böyük rol oynayan Azərbaycan televiziyasının binasını gəzmək, ekrandan gördüyümüz məşhur simalarla üzbəüz söhbətləşmək üçün vaxt itirməyə dəyərdi...
Vaxtilə AzTV-də çalışanlardan bəziləri indi ANS, «Lider», «Speys», ITV-nin uğur qazanmasında iştirak edirlər. Özləri demişkən, televiziya məkanımızın birincisinin izi müstəqillik dövründə yaradılan bütün telekanalların fəaliyyətində özünü göstərib.

Modern.az
saytı olaraq Azərbaycan televiziyasını 55 iliyi münasibətilə təbrik edir, daha böyük uğurlar arzulayırıq...

 

 

“newsroom”da hamı məşğuldu...

 

Faiq Hüsiyev: "Biz süni populuzmdən qaçırıq".

 

Mədəniyyət kanalının direktor müavini Nadir Axundov deyir ki, yeni kanal tezliklə populyarlıq qazanacaq.

 

Məqsəd Nur: "Məncə, xəbərlər sistemində Azərbaycanda öndəyik”.

 

28 ildir AzTV-də çalışan Sakit Ocaqlı: "Bir çoxlarımız bura bağlanmışıq...".

 

İbrahim Məmmədli: "AzTV cəmiyyətim informasiya təlabatını tam ödəyə bilir".

 

Hamı mehribandı...

 

Tanınmış diktoru Nəsimi Nəbizadə: "Hər şeyi burada öyrənmişəm". 

 

Ruslan Həsənov: "İxtisasca jurnalist olmasam da, uşaqlıqdan bu sahəyə böyük marağım olub".

 

Varis Yolçıyev: "Tamaşaçılar çox istəyirlər ki, AzTV-də rəsmilik az olsun. Ancaq bu dövlət televiziyasıdır".

 

«Xəbərlər»in şef redaktoru Leyla Səmədova: "Bizdə xəbərlər daha etibarlı və əhatəlidir".

 

İlham Alışanov: "Bizim videotekada elə materiallar var ki, bunlar heç bir TV-də yoxdur".

 

AzTV-nin səyyar studiyası.

 

Saç ustası Abbas Hüseynov: "Bəzən aparıcıların - daha çox da yaşlı nəslin kaprizi ilə rastlaşıram".

 

Gənc rejissor Səbinə Bağırzadə: "Bəli, mən işimdə çox məsuliyyətliyəm".

 

“Xəbərlər”in aparıcısı Rəşad Mehdili: "Aparıcılıq sənətini bizə Rafiq Hüseynov öyrətdi". 

 

Montaj otağında...

 

 

Operatorlar bazası: çoxları gəncdir, onların hələ yaşlı nəsildən öyrənəcəyi çox şey var...

 

 

Xəbər otağında işgüzar mühit.

 

"İdman Azərbaycan"ın rəhbəri Aydın Əliyev: "İdeal şərhçi yoxdur, yaxşı şərhçi var".

 

40 ildən çoxdur AzTV-də çalışan Fərhad Naibov Prezidentin tədbirlərini efirə hazırlayır...

 

AzTV-nin arxivində...

 

Qocaman əməkdaş montajda...

 

"Ay daa, bunu niyə belə yazmısan..?"

 

"Dayan görək, bizi də çəkirlər...".

 

Efirə çıxanlar qrim ustasının əlinin altındam keçməli olurlar.

 

Nəzarətçi Mirzə Tağıyev avadanlıqların təhvil-təslimi ilə məşğuldur.

 

"İdman Azərbaycan"da...

"Xəbərlər" proqramı izlənilir...

Cavanşir Cahangirov: "Dövlət radiosunda ucuz əyləncəyə yer yoxdur".

"Telefilm” departamentinin baş redaktoru Səyavuş Məmmədov: "İlk dəfə bura gələndə 6 ay pulsuz işləmişəm".

 

Yaxşı işləmək üçün, yaxşı da yemək lazımdır...

 

Bəzi əsas verilişlər bu studiyada çəkilir.

 

İctimai-siyasi proqramlar redaksiyasında...

 

Montaj edir...

 


Aytən Əliyeva
Anar Rüstəmov


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
RITA
15.02.2011, 13:14

cansixici yazidir sebrim catmadi oxumaga mence bir az aztv ile mezelenmek lazim idi ozlerini goyle aparirlar

Gözəl-göyçək
25.02.2011, 16:56

Yazıq Aztv. Köhnədən heç nə qalmayıb.. Gör nə deyir-biz daha çox xeyirxahlığın toxumunu səpməklə məşğuluq. Ölkədə hər şey alt-östdür, sən nə qədər yalançı toxum səpirsən-səp, xeyri yoxdur, cücərməyəcək. Xeyirxahlığın cücərməsi üçün münbit şərait lazımdır Hüsü bəy, onu da nə sən, nə də ağ rəngdə verməyə çalışdığın hökumətin yarada bilmədi--indi də çabalayır, çabalayır, səni də əlində alət edib. Əslində sən halından məmnunsan. Hər şeyin əslində necə olduğunu bilsən də.Yazıqlar olsun...

Nahid Isgenderov
14.07.2012, 15:30

Ayten Eliyeva ve Anar Rustemov, Sizlerden cox-cox xahis edirem mene, sac ustasi Abbas Huseynovun elaqe nomresini veresiniz. Nece ildi ki menim sac ustam Abbas Huseynovdur. Teessuf ki bir nece gun once telefonumu yenisi ile evez ederken Abbasin nomresini de itirmisem. Sizden birdaha xahis edirem, ya menim yeni nomrem olan +994555037155- baksel nomremi Abbasa deyesiniz ki menimle elaqe saxlasin, Yada eger sizde varsa Abbasin nomresini mene deyerdiniz. Evvelceden oz minnetdarligimi bildirirem.

Aysel Cənnətova
23.08.2012, 13:41

Aztv Dövlət Televiziyasıdır danışanda biraz medeniyyete üstünlik verin

Jalal Hasanov
05.11.2012, 23:54

Salam. Men bele demezdim..Ne qeder tv , radio kanallar chixir chixsin..yene Aztv dogmadir..Milli kanaldir..Medeniyyete, gozel munasibete, exlaqa, Seviyye apariciliga qiymet verenler Aztv-ye baxir.. Ele mende. Sanki ushaqliqdan Az-venin verlishleri ile boyumemishikmi?. Dogmalari Unutmaq, terk etmek olmaz.. Haminiza Xosh dilekler arzusu ile.. :)

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır
17.11.2018, 20:42

Direktor olmaq istəyənlər üçün İMTAHAN başlayır

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR
17.11.2018, 20:25

Üç gündə respublika üzrə 120 minədək ağac tingi paylanılıb - FOTOLAR

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb
17.11.2018, 20:17

Cəlilabadda axtarışda olan narkotacir saxlanılıb

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı
17.11.2018, 20:09

Azərbaycan - Farer adaları oyununun heyətləri açıqlandı

Çeçenistanda qadın kamikadze özünü partlatdı
17.11.2018, 20:02

Çeçenistanda qadın kamikadze özünü partlatdı

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI   
17.11.2018, 19:54

Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyasından DANIŞDI  

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı
17.11.2018, 19:51

Cəlilabadda axtarışda olan narkotacir saxlanıldı

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”
17.11.2018, 19:23

“BMT Təhlükəsizlik Şurası beynəlxalq cinayətkarlarla bağlı təsirli addımlar ata bilər”

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 
17.11.2018, 19:09

Fazil Məmmədovun müalicədən sonra ilk FOTOSU 

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı
17.11.2018, 18:39

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Yasamalda oğurluq edən şəxs tutulub
17.11.2018, 17:55

Yasamalda oğurluq edən şəxs tutulub

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”
17.11.2018, 17:37

“9531 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək”

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü
17.11.2018, 17:30

Samuxda yarımstansiyada baş verən qəzada yaralanan montyor öldü

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir
17.11.2018, 17:13

Türkiyə ABŞ-dan YPG ilə əlaqəni kəsməsini tələb edir

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib
17.11.2018, 17:00

Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 450 milyon dollar təşkil edib

Suriyada daha 40 dinc sakin həlak oldu
17.11.2018, 16:46

Suriyada daha 40 dinc sakin həlak oldu

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib
17.11.2018, 16:34

Prezident Dövlət Gömrük Komitəsi kollegiyasının yeni tərkibini təsdiq edib

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”
17.11.2018, 16:07

Deputat: “Fransanın həmsədrlikdən uzaqlaşdırılması müzakirə oluna bilər”

Ermənistan ordusunun zabitləri cəzalandırılıb
17.11.2018, 15:38

Ermənistan ordusunun zabitləri cəzalandırılıb

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR
17.11.2018, 15:22

Gömrükdə Ermənistanda istehsal edilən məhsullar ələ keçirildi - FOTOLAR

Azərbaycan Fransaya etiraz notası verib
17.11.2018, 15:14

Azərbaycan Fransaya etiraz notası verib

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi
17.11.2018, 14:59

“Böyük siyasət sənə küçə deyil!” - Belarus XİN-i Paşinyana sərt cavab verdi

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək
17.11.2018, 14:56

İsrailin Müdafiə Nazirliyinə Netanyahu rəhbərlik edəcək

Təbriz-Zəncan magistralında 7 nəfər öldü
17.11.2018, 14:47

Təbriz-Zəncan magistralında 7 nəfər öldü

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq
17.11.2018, 14:35

Gömrükdə sıxlığın aradan qaldırılması üçün növbə sistemi yaradılacaq

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu
17.11.2018, 14:33

Kürdəxanıda yolu keçən piyadanı maşın vurdu

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir
17.11.2018, 14:26

Qida Təhlükəsizliyi İnstitutu gəncləri yüksək məvacibli işə dəvət edir

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu   
17.11.2018, 14:20

Naxçıvanda “Xüsusi təyinatlı İBAD-2” filminin təqdimatı oldu  

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”
17.11.2018, 13:50

Rəsmi Bakı Fransadan narazılıq etdi: “Bunun qarşısı alınmalıdır”

Bakının bu rayonu susuz qalacaq
17.11.2018, 13:44

Bakının bu rayonu susuz qalacaq

İlham Əliyev Belarusa səfər edəcək
17.11.2018, 13:33

İlham Əliyev Belarusa səfər edəcək

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır
17.11.2018, 13:28

Heydər Əliyev Fondunun daha bir layihəsi –“Yeddi gözəl” sərgisi Moskvada açılır

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb
17.11.2018, 13:23

“Makers’ Day 2018” gənclər üçün təcrübə və iş imkanı yaradıb

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq
17.11.2018, 13:20

Oqtay Əsədov İzmirdə TÜRKPA-nın konfransına qatılacaq

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”
17.11.2018, 13:17

Rəsmi Paris: “Fransa Dağlıq Qarabağdakı separatçı rejimi tanımır”

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi
17.11.2018, 13:12

Məleykə Abbaszadə 11-ci sinif şagirdləri və valideynlərinə müraciət etdi

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ
17.11.2018, 13:03

Sabah Bakıda 16 dərəcə isti gözlənilir -  PROQNOZ

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI
17.11.2018, 12:44

Bu ölkələrdə Youtube, Facebook, Whatsapp, Twitter qadağandır - SİYAHI

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur
17.11.2018, 12:31

DİM: Bu gün dövlət qulluğunda yüksək vəzifələrə sənəd verənlər yoxdur

Tramp Heylini vitse-prezident postuna gətirir?
17.11.2018, 12:26

Tramp Heylini vitse-prezident postuna gətirir?

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR
17.11.2018, 12:14

Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda - FOTOLAR

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi
17.11.2018, 12:09

Bakıda restoran yandı, 20 nəfər təxliyə edildi

Sumqayıtda avtomobil oğruları yaxalandı
17.11.2018, 12:03

Sumqayıtda avtomobil oğruları yaxalandı

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev
17.11.2018, 11:54

“Ermənistan münaqişənin həllinə çox ciddi problemlər yaradır” - Hikmət Hacıyev

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi
17.11.2018, 11:45

Merkel ən böyük səhvini etiraf etdi, üzr istədi

Bakıda zibil yeşiyindən silah-sursat tapıldı
17.11.2018, 11:33

Bakıda zibil yeşiyindən silah-sursat tapıldı

DİM sədrindən İTTİHAM: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib”
17.11.2018, 11:24

DİM sədrindən İTTİHAM: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib”

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO
17.11.2018, 11:20

Əhliman Əmiraslanov üçün özəl gün - FOTO

MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib
17.11.2018, 11:09

MKİ dəqiqləşdirdi: Xaşoginin ölüm əmrini vəliəhd şahzadə verib

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”
17.11.2018, 10:58

“Gələn il keçiriləcək imtahanlarda ciddi dəyişikliklər olacaq”

ARXİV