Modern.az

İmişlidə yanğın bir ailəni evsiz qoyub

İmişlidə yanğın bir ailəni evsiz qoyub

19 Sentyabr 2016, 23:12

İmişlidə yanğın hadisəsi qeydə alınıb. Modern.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, İmişli rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kvadrat metr olan birmərtəbəli 3 otaqlı evin 1 otağında 1 ədəd yataq dəsti, mətbəxdə stol və 4 ədəd stul yanıb.

 

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 9 m2 sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi