Modern.az

Ev sahibi kirayəşindən icazəsiz evə gələ biləz – Video

Ev sahibi kirayəşindən icazəsiz evə gələ biləz – Video

Aktual

19 Sentyabr 2016, 23:27

Taleh İbrahimov bir müddət əvvəl Bakıda mənzil kirayə götürüb. Ev sahibi ondan xəbərsiz mənzildə vəziyyəti yoxlamaq adı ilə dəfələrlə evə gəlib. Kirayəşin ev sahibinə iradını bildirsə də, sonuncu bu iradlarla razılaşmayıb. Son dövrlər bu cür şikayətlərin sayı artıb. Əksər kirayəşinlər Taleh İbrahimov kimi ev sahiblərinin onları narahat etmələrindən narazıdırlar.

Bəs görəsən qanunda kirayəşinlə kirayədarın hüquqlarını tənzimləyən hər hansı bir müddəa varmı?

 

Modern.az saytı xəbər verir ki, daşınmaz əmlak eksperti Ramil Osmanov Xəzərxəbər.com-a

ev sahiblərinin istənilən vaxt kirayə qalanları narahat etmək hüququ olmadığını bildirib: “Ev sahibi ilə kirayəşin münasibətləri mənzil kirayə götürülən zaman bağlanan müqavilə ilə tənzimlənməlidir”.

 

Ekspertin sözlərinə görə, əksər ev sahibləri vergidən yayınmaq üçün mənzilini kirayə verən zaman kirayə qalanla notarial qaydada müqavilə bağlamır.

 

Ramil Osmanov qeyd edir ki, mənzil kirayə götürmək istəyənlər bu cür xoşagəlməz hallarla qarşılaşmamaq üçün mütləq ev sahibi ilə notarial qaydada müqavilə bağlamalıdırlar.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?