Modern.az

Miqrant düşərgəsində güclü yanğın olub

Miqrant düşərgəsində güclü yanğın olub

19 Sentyabr 2016, 23:56

Yunanıstanın Lesbos adasında miqrant düşərgəsində güclü yanğın baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın “AFP” agentliyinə istinadən verdiyi məlumata görə,  minlərlə insan təxliyə edilib.

 

“Hazırda 3-4 min miqrant adadakı düşərgəni tərk edib”,  deyə yerli polis nümayəndəsi bildirib.

 

Məlumata görə, güclü külək alovu daha da gücləndirir. Polis yanğının qəsdən törədilməsini istisna etmir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır