Modern.az

Bakıda satıcı oğrunun əvəzinə 355 manat ödəyib - VİDEO

Bakıda satıcı oğrunun əvəzinə 355 manat ödəyib - VİDEO

20 Sentyabr 2016, 00:08

“28 Mall” ticarət mərkəzidə yerləşən geyim mağazalarının birində oğurluq hadisəsi baş verib. Modern.az saytı Baku.ws-ə istinadən xəbər verir ki, hadisə barədə mağazanın satıcısı öz “Facebook” səhifəsində yazıb.

 

O bildirib ki, sentyabrın 14-də iki qadın uşaq geyimləri mağazasına girərək oğurluq ediblər:

 

“İki qadın uşaqları ilə birgə bizim mağazaya girərək, övladları üçün oğurluq ediblər. Onlar xüsusi cihaz vasitəsi ilə geyimlərin üzərindən maqniti çıxarıblar. Oğurluq hadisəsi olduqca “səliqəli” və “təmiz” həyata keçirilib. Hətta paltarların asılqanları belə oğurlanıb...”.

 

Satıcı oğru qadınlara müraciət edərək bildirib ki, uşaqların geyimlərini öz ciblərindən ödəməli olublar.

 

“Sənin uşağının məktəb geyimlərini biz öz cibimizdən ödəməli olduq, Üç geyimə 355 manat!”

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı