Modern.az

Azərbaycanlı məmur Nyu-Yorkda Ermənistanı ifşa etdi

Azərbaycanlı məmur Nyu-Yorkda Ermənistanı ifşa etdi

20 Sentyabr 2016, 09:37

 

“Məcburi köçkünlərin adambaşına düşən sayına görə dünyada ən böyük yükü Azərbaycan daşıyır.

 

Modern.az-ın xəbərinə görə bunu Nyu-Yorkda BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda keçirilən sammitində çıxışı zamanı Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

 

 

“Artıq 25 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozur, hazırkı "status-kvo"nun möhkəmləndirilməsinə yönəlmiş səylərini davam etdirir və məcburi köçkün düşən yüz minlərlə azərbaycanlının öz doğma torpaqlarına qayıtmasını əngəlləyir.

 

Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistan hazırkı qaçqın böhranından sui-istifadə edərək Suriya ermənilərini Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirir", - deyə F.Nəbiyev əlavə edib.

 

Xidmət rəisi bildirib ki, Azərbaycan hakimiyyəti məcburi köçkün probleminin həllini tam olaraq öz üzərinə götürüb. Xidmət rəisinin sözlərinə görə, Azərbaycan hökuməti sözügedən insanların məşğulluq, təhsil, mənzil, sosial və tibbi təminat məsələlərinin həllinə yönəlmiş tədbirlər həyata keçirir:

 

"Onlar üçün, xüsusilə yüz yeni qəsəbə salınıb. Cəmi son 20 ildə Azərbaycan hakimiyyəti məcburi köçkünlərin problemlərinin həllinə təqribən 6 milyard dollar vəsait sərf edib", -deyə o bildirib.

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu