Modern.az

Azərbaycanlı tələbə Berlində qrant qazandı

Azərbaycanlı tələbə Berlində qrant qazandı

20 Sentyabr 2016, 10:08

UNEC magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır.

 

Bu barədə Modern.az-a UNEC-dən məlumat verilib.

 

Məlumata görə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) magistrı Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanıb.

 

UNEC-in Türk Dünyası İşlətmə Fakultəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı Semra Nusal Berlin Nümayəndələr Palatasının Tədqiqat Fondunun qrantını qazanan ilk azərbaycanlıdır. O, 2015-cı ilin dekabrında sözügedən proqram üçün alman dilində hazırladığı “Dayanıqlı turizmin dayanıqlı rəqabət acısısından dəyərləndirilməsi” mövzusunda çıxışı ilə qalib gələrək, Azad Berlin Universitetində (Freie Universität Berlin) elmi tədqiqat aparmaq hüququnu qazanıb. Semra bu müddət ərzində Almaniyanın elmi fəaliyyət üsulları ilə yaxından tanış olacaq, Almaniyanın Nümayəndələr Palatası və Azad Berlin Universitetinin professor və elmi-işçi heyətilə birgə dəyərli elmi təcrübələrə yiyələnəcək.

 

Təqaüd proqramına ABŞ, Böyük Britaniya, Fransa və postsovet ölkələrindən müraciət edən namizədlərdən yalniz 15 nəfəri qalib olub.

 

Qeyd: Almaniya Federativ Respublikasının Berlin Nümayəndələr Palatasının Maliyyələşdirdiyi Təhsil Foundu 1994-cü ildə yaradılıb. Fond II Dünya müharibəsindən sonra Fransa, İngiltərə, ABŞ, Rusiya və Sovet birliyindəki digər dövlətlər ilə çoxşaxəli dostluq münasibətləri qurmaq və inkişaf etdirmək məqsədilə yaradılıb.

 

 “Die Studienstiftung des Abgeordnetenhauses von Berlin” gənc alim və tələbələr üçün təqaüd proqramını maliyyələşdirir. Qrantlar müxtəlif ixtisaslar üzrə akademik nailiyyətlər, aktiv ictimai fəaliyyət kimi kriteriyalar üzrə verilir. 10 ay davam edən layihə müddətində qaliblər tədqiqat sahələrini yalnız beynəlxalq perspektivdə deyil, eləcə də Berlinin ictimai, mədəni, sosial-siyasi həyatında da təcrübədən keçirirlər.

 

 

 

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi