Modern.az

Azərbaycanda neftçilərə verilən pensiya məbləği açıqlandı

Azərbaycanda neftçilərə verilən pensiya məbləği açıqlandı

20 Sentyabr 2016, 11:14

20 sentyabr  Azərbaycanda “Neftçilər günü” peşə bayramı kimi qeyd edilir.

Milli iqtisadiyyatın inkişafına mühüm töhfələr verən Azərbaycan neftçilərinə, onların əməyinə göstərilən yüksək dövlət qayğısı həmin insanların pensiya təminatının daim güclənməsində də öz təsdiqini tapır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya ilə təmin olunanların 28,1 min nəfəri neft sənayesində çalışmış pensiyaçılardır. Onlara ödənilən pensiyaların məbləği ildən-ilə yüksəlir. Belə ki, hazırda Azərbaycanda neftçilərin orta aylıq pensiya məbləği 392,7 manata çatıb.

Bu barədə Modern.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışan vətəndaşlar üçün bir sıra imtiyazlar da qanunvericilikdə əksini tapıb. Belə imtiyazlardan biri kimi, neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün qanunvericilikdə müəyyən edilmiş yaş həddindən daha tez pensiyaya çıxmaq hüququna malikdirlər.

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə sığorta-pensiya sistemində ən fəal iştirak edən bir qurumdur. Belə ki, şirkət fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlarının sayına və məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə sığortaedənlər arasında ən böyük xüsusi çəkiyə malik olması ilə seçilir. Təkcə cari ilin yanvar-avqust aylarında ARDNŞ tərəfindən neft sahəsində çalışan sığortaolunanlar üzrə ümumilikdə 91 milyon manatdan çox məcburi dövlət sosial sığorta haqqının ödənilməsi təmin edilib”,- nazirlik bildirib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi