Modern.az

Qarabağda istehsal olunan məhsullar Rusiya marketlərində  – FOTOLAR

Qarabağda istehsal olunan məhsullar Rusiya marketlərində  – FOTOLAR

Qarabağ

20 Sentyabr 2016, 11:32

Sirr deyil ki, Azərbaycanın işğal altındakı torpaqlarında ermənilər tərəfindən müəyyən istehsal müəssisələri yaradılıb və burada istehsal olunan məhsullar Ermənistan vasitəsi ilə xarici ölkələrdə realizə olunur.

 

Modern.az xəbər verir ki, xüsusən Qarabağda istehsal olunan təbii sular, mürəbbə, doşab və alkoqollu içkilər Rusiya bazarında Ermənistan məhsulu kimi satılır. Onlar “Artsax Frut”, “Artsax Berri” və “Elir Qrup” adları altında satışa çıxarılır.

 

“Artsax Frut” şirkətinin direktoru Armen Çatryan bu sahədə böyük planlarının olduğunu deyib.

 

“Qarabağın nar şərabı, qoz mürəbbəsi və tut doşabı Rusiya bazarında böyük maraq görür. Ümumilikdə, 45 adda məhsul istehsal edirik. Rublun kursuna görə çətinlik yaşasaq da, hələki dözürük. Bu il məhsul bol olub və bizə yalnız meyvə deyil, tərəvəz məhsulları da gətirilib. Əsas ixrac marşrutu Moskva və Rusiyanın cənub bölgələridir”.

 

Modern.az məlumatına görə Moskvanın iri supermarketlərində “Artsax Frut” istehsalı olan 990 qramlıq tomat bankası 240 rubla (6,5 manat) dəyərindədir. Şirkətin istehsal etdiyi 400 qramlıq əncir, gilas, ərik və gicitkan mürəbbələri də təxminən həmin qiymətədir.

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!