Modern.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdəki davanı araşdırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdəki davanı araşdırır

Aktual

20 Sentyabr 2016, 11:50

Bakının Qaradağ rayonunda yerləşən 127 saylı məktəbdə  baş vermiş insidentlə bağlı rəsmi açıqlama verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda araşdırma aparılır:

“Hazırda127 saylı məktəbin şagirdi Mustafa Muradov ilə sinif yoldaşı arasında baş verən mübahisə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılır. Məsələyə aydınlıq gətirildikdən dərhal sonra ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, məktəbin direktoru Mərhəmət Məmmədovun Modern.az-a verdiyi məlumata görə, hadisə dərsdən sonra, məktəbin 11-ci sinif şagirdləri-Mustafa Muradov və Azad İsmayılov arasında baş verib.

Məlumata görə, Azadın nənəsi məktəbdə Azərbaycan dili-ədəbiyyat müəllimidir. Onun dərsində uşaqlar arasında narazılıq yaranıb. Sonra məktəbdən kənarda dalaşıblar.

Azad İsmayılov Mustafa Muradovu döyərək, onu xəstəxanalıq edib.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar