Modern.az

“Azərbaycan bu kompleksdən istifadə etsə, ermənilərin külü də tapılmayacaq”

“Azərbaycan bu kompleksdən istifadə etsə, ermənilərin külü də tapılmayacaq”

20 Sentyabr 2016, 12:37

 

21 sentyabrda Ermənistanda hərbi parad keçiriləcək. Ermənistanda keçiriləcək paradlarda hər zaman rus hərbi texnikalarının üstünlüyü müşahidə edilir. Bu dəfə keçiriləcək paradda da Rusiya ya aid olan “İsgəndər M” raketinin nümayiş etdiriləcəyi haqda məlumat yayılıb. Bəs Rusiya niyə Ermənistana belə dəstdək verir ? Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Modern.az-a danışıb.

 

O bildirib ki,  bəzi şəxslər və ekspertlər Rusiya ilə Ermənistan arasında razılaşmanın olduğunu bildirib.

“Əslinə qalsa, əgər Rusiya Ermənistana “İsgəndər M” raketi satıbsa, bununla bağlı BMT-yə arayış təqdim etməli idi. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Belə bir vəziyyətdə Rusiyanın bu addımı atması onun iç üzünü göstərərdi. Nə istəyirlər etsinlər, istəyirlərsə, atom silahını göstərsinlər, nə olursa olursun Azərbaycan öz ərazi bütövlünü bərpa edəcək.

 

Azərbaycan artıq nə Rusiyanın, nə də digər ölkələrin xahişinə diqqət yetirməməlidir.  BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsini əlində əsas tutaraq öz ərazi bütövlünün təmin etməlidir.

 

Ekspertin sözlərinə görə, Rusiyanın Ermənistana silah satmasının əsas səbəblərindən biri Azərbaycana əzələ nümayişidir, güc nümayişidir.

 

“Rusiya hər zaman özünün Azərbaycana dost kimi göstərmək istəyir. Ancaq hər dəfə müşahidə edirik ki, işğalçı dövlətə ən ağır silahları verir. O silahlardan ki, ondan heç kimdə yoxdur, yalnız Rusiyanın özündədir. Rusiyanın Ermənistan arasında olan birgə hava hücumundan müdafiə sənədinə əsasən “İsgəndər M”  operativ taktiki raketi Ermənistan ərazisindədir.

 

Bundan əvvəllər də Ermənistanda keçirilən hərbi paradlarda Rusiya hərbi texnikası müşahidə olunurdu.  Azərbaycanın ondan da güclü silahları var. Mən çox təəssüf edirəm ki, biz aprelin əvvəllərində Rusiyanın xahişlərinə aldandıq və Ermənistanı darmadağın etmədik. Prinsip etibarı ilə biz əməliyyatları başlasaydıq Ermənistanda ölənlərin sayı minlərlə olacaqdı. Mən buna əminəm ki, əgər Azərbaycan ordusu əməliyyatlara başlasa ölənlərin sayı 4 rəqəmli yox 5 rəqəmli olacaqdı”.

 

Ekspertin fikrincə,  Azərbaycanda “ İsgəndər M” Operativ taktiki raketlər olmasa da, artilleriya qoşunlarımızın arsenalında çox dəhşətli komplekslər var. O komplekslərdən istifadə etsək,  dəfə heç  əsgərlərinin küllərini də toplaya bilməyəcəklər. Əgər ermənilər başqasının sözü ilə oturub duracaqlarsa, ağıllanmayacaqlarsa hələ çox bəlalarla üzləşəcəklər”.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir