Modern.az

Akif Çovdarov vəkildən imtina etdi, məhkəmə təxirə düşdü

Akif Çovdarov vəkildən imtina etdi, məhkəmə təxirə düşdü

Aktual

20 Sentyabr 2016, 12:46

 

Bu gün Sabunçu rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının məhkəmə prosesi başlayıb.

 

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Prosesdə məum olub ki, A.Çovdarovun işi üzrə 220 nəfərdən çox şahid, 65-dən çox zərərçəkən var.

 

A.Çovdarovun vəkilləri məhkəmə istintaqı tərəfindən məlumatlandırılmağı üçün məhkəməyə gəlməyiblər. A.Çovdarov isə dövlət tərəfindən təyin edilən vəkildən imtina edib.

 

Məhkəmənin hazırlıq iclası oktyabrın 4-nə təyin edilib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır