Modern.az

Komitə sədrindən TƏNQİD: “Bu boşluğu təsadüfi adamlar doldurub”

Komitə sədrindən TƏNQİD: “Bu boşluğu təsadüfi adamlar doldurub”

20 Sentyabr 2016, 13:24

 

Milli Məclis “Psixoloji yardım haqqında” qanun layihəsini hazırlayıb.

 

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov  deyib.

Ə.Əmiraslanov bildirib ki, “Psixoloji yardım haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.

 

Komitə sədri söyləyib ki, “Psixoloji yardım haqqında” qanuna böyük ehtiyac var:

 

“Psixoloji yardım hər bir müəssisə üçün vacib komponentlərdən biridir. Dünyada istər özəl, istərsə də dövlət olsun, elə bir tibbi müəssisə tapılmaz ki, orada bir və ya bir necə psixoloq çalışmasın. Bu, çox vacib məsələdir.

 

Ancaq Azərbaycanda bu sahədə boşluq olduğundan bu boşluğu bəzən təsadüfi adamlar doldururlar. Bəzən onlar bu boşluqdan istifadə edib üzə çıxırlar”.

Deputat deyib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də Milli Məclisin payız sessiyasında plenar iclasın müzakirəsinə çıxarılacağı gözlənilir.

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?