Modern.az

“PAŞA Bank” istiqraz buraxacaq

“PAŞA Bank” istiqraz buraxacaq

Aktual

20 Sentyabr 2016, 15:35

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən “PAŞA Bank” ASC-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 min ədəd sənədsiz, təmin edilməmiş istiqrazların baza emissiya prospekti təsdiq edilib. Bu barədə Palatadan Modern.az-a verilən məlumatda deyilir.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Media orqanları əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır