Modern.az

Diaspor rəhbəri erməni terrorunu pislədiyinə görə polisə çağırılıb

Diaspor rəhbəri erməni terrorunu pislədiyinə görə polisə çağırılıb

20 Sentyabr 2016, 17:37

Hollandiyada fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Mərkəzinin rəhbəri İlhan Aşkın erməni terrorunu pislədiyinə görə erməni diasporu tərəfindən hüquq-mühafizə orqanlarına şikayət olunub.

Bu barədə Modern.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, İ.Aşkın sentyabrın 30-da yaşadığı Haaqa şəhərinin polis idarəsinə dəvət ediblər.

İlhan Aşkın 2014-cü ildə ermənilərin Hollandiyanın Almelo şəhərində qondarma erməni soyqırımı abidəsi tikməyə başlayarkən bu ölkədəki türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. 10 mindən çox insanın iştirak etidiyi aksiyada İlhan Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib.

O qeyd edib ki, ermənilər Qarabağ müharibəsində uşaq, qadın, qoca demədən minlərlə insanı ağılasığmaz işgəncələrlə qətlə yeritirib.

İlhan Aşkın təəssüflə qeyd edir ki, bu vəhşilikləri tördənələri cəzalandırmaq yerinə həmin faciəni yaşayanların üsyanını dilə gətirdiyiüçün yerli polis idarəsində ondan ifadə almaq və hətta cəza tətbiq etmək barədə məktubla müraciət edilib.

Məktubda bildirilir ki, guya Almelodakı aksiyada irqçi ifadələr işlətdiyinə görə 2014-cü il iyunun 13 və 17-də ondan şikayət daxil olub. Şikayətlə bağlı Şərqi-Niderland polisi araşdırma aparıb və guya İlhan Aşkın ermənilərə qarşı şiddətitəşviq etdiyinə - “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Hollandiya Cinayət Məcəlləsinin 137d maddəsinə əsasən şübhəli bilinir. Bunun üçün diaspor rəhbəri vəkili ilə birgə polis ofisinə ifadə verməyə çağırılıb. Məktubda məsuliyətə cəlbedilmə ehtimalının böyük olduğu da qeyd edilib.

Diaspor rəhbəri onun haqqında yerli polisə burada yaşayan ermənilərin müraciət etidiyini bildirib. Əlavə edib ki, bu sözlərimə görə hətta cəza alsam belə bunu özümə şərəf sayar, Azərbaycanın haqq səsini ucaltmaqda vətən qarşısındakı borcumu vermiş bilərəm. 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?