Modern.az

Naxçıvan əmanəti, a millət, a tarixçilər!

Naxçıvan əmanəti, a millət, a tarixçilər!

21 Sentyabr 2016, 08:58

Təəssüf doğurur ki, bəzi tarixçilərimiz və bütünlükdə əksəriyyətimiz hələ də inert (passiv, tərpənməz, “ölü”) mövqe tuturuq, hələ də "yatmışıq", qəflət yuxusundayıq (“qəflət” - “qafil” sözündəndir: dünyadan xəbəri olmayan!) – canavar xislətli düşmənə qarşı “əliyalın”, silahsız dayanıb, onun növbəti hücumlarını gözləyirik.

Bəli, bunu etiraf edib-etməməyimizdən asılı olmayaraq, daşnak təbliğatına qarşı çox ləng və vecsiz işləyirik, həmişə sonradan atdığımız “daşlar” isə onların heç dabanlarına da dəymir və heç çatmır da.  Ermənilər dayanmadan bütün ideoloji cəbhə boyu təbliğatlarını nəinki zəiflətmirlər, hətta daha da gücləndirirlər, biz isə onların ideoloji “top atəşinə” hərdən-bir, o da yalnız “dayan, doldurum”la cavab veririk.  Görəsən, bir qisim tarixçilərimiz, politoloqlarımız “kandidatski”, “doktorski” arxasınca qaçarkən niyə hərdən-bir dayanıb Naxçıvan haqqında əsl həqiqəti bütün sferalarda – elmi-tarixi araşdırmalarda, ensiklopediyalarda, internetdə və s. ermənilərin gözünə (az qala bir hərfi dəyişik salıb demişdim haaa!..) niyə soxmurlar ki, onlar da tarix meydanında bu dərəcədə at-eşşək oynadır, azğınlıq edirlər?

                                              

Bilirəm, bizim ideoloji cəbhədə bir az zəifliyimiz tarixçilərimizin bir çoxunun beynəlxalq auditoriya üçün mühüm olan rus və ingilis dillərinin mükəmməl bilməmələrindən, buna görə də “utanıb” meydana girməmələrindən irəli gəlir. Vətənpərvər, lakin “siyasi uzaqlığı” yaxşı görə bilməyən “çox demokratik” bir ölkə prezidentinin bir vaxt rus dilinə ögey, yanlış münasibətinin nəticəsidir ki, erməni dığalarının ortalığa rusca atdıqları tarixi “dəlillərə” bu gün tutarlı, həm də operativ cavab verə bilən rus, ingilis dilli gənc tarixçilərimiz çox azdır. Yaxşı ki, heç olmasa AzərTAC-ın, “Vesti.az”, “1news.az”, “İnterfax.az” və digər saytların, “EXO”, “İzvestiya Azerbaydjana”, “Bakinski raboçi”, “Vışka”, “Kaspi” qəzetlərinin Qarabağ tarixini, hiyləgər erməni naturasını, ümumiyyətlə dünyanın xaotik siyasi mənzərəsini aydınlığı ilə görə bilən çox istedadlı, güclü rusdilli əməkdaşları var və onlar saxtakar erməni opponentlərin cavablarını çox sərt və professionallıqla verə bilirlər. Yoxsa, bəzi tarixçilərimizə qalsa... Təəssüf ki, onların bəsit “elmi mülahizələri”, söz-söhbətləri çayxana hüdudlarından o yana keçə bilmir.

...Məlumdur ki, daşnaklar Qarabağ, Gəncə, Kəlbəcər ilə yanaşı Naxçıvanı da hər zaman qədim erməni məskəni hesab etmişlər və yenə də bu həyasız iddiada davam edirlər. Onlar ağlagəlməz uydurmaları rus və dünya oxucusuna inkaredilməz həqiqət kimi təqdim etməyi bacarırlar, biz isə heç danılması mümkün olmayan tarixi həqiqətləri belə dünya ictimaiyyətinə həqiqət kimi tanıda bilmirik.  

Ermənilər iddia edir ki, Naxçıvan qədim erməni şəhəri olub və orda vaxtilə guya 800 erməni kilsəsi var imiş. Axı, niyə bizimkilər onların ağzını yummur ki, “ay şərəfsiz daşnaklar, eramızdan çox-çox əvvəl kiçik bir yaşayış məskəni olan Naxçıvanda heç 800 erməni var idi ki, hərəsi özünə bir kilsə də tikmiş olsun?”

Dünyaca məşhur türk səyahətçisi Evliya Çələbi (1611–1682) özünün “Səyahətnamə” adlı əsərində yazırdı ki, 1648-ci ildə Naxçıvanda 70 böyük məscid və ibadətgah yeri, 40-a qədər məhəllə məscidi, 20 qonaq evi var idi. Əksəriyyətin müsəlman-azərbaycanlı olduğu bir şəhərdə 17-ci əsrin ortalarında cəmi 110 məscid olduğu halda eramızdan 1300-1400 il əvvəl 5-10 qotur, nökər-qulluqçu erməninin də hardansa gəlib düşdüyü Naxçıvanda 800 kilsə necə ola bilərdi?

Hətta rus mənbələri də göstərir ki, o qədər də uzaq olmayan 1896-cı ildə (ermənilərin guya 800 kilsəsinin olduğu  vaxtdan hətta 3000 il sonra!) Naxçıvanın əhalisi cəmi 7433 nəfər idi ki, onların da 4512 nəfəri azərbaycanlı, 2376-sı erməni (sayının azərbaycanlılara nisbətən ikiqat az olmasına baxmayaraq, rus mənbəyi “öz itləri”nin adını siyahıda 1-ci, bizi isə 2-ci  veriblər. “İt itin ayağını basmaz”) və cəmi... 52 rus yaşayırdı.  Yenə də ardıcıllığı rus-erməni xeyrinə davam etdirərək, mənbə bildirir ki, şəhərdə 1 pravoslav, 3 erməni-qriqorian kilsəsi və guya cəmi 3 məscid var idi (yalançının atasına lənət!). Çünki gördükləri yox, görmək istədikləri  bu olub, odur ki bilərəkdən məscidlərin sayını 20-30 dəfə azaldıblar. 

Ancaq çox yaxşı ki, 1905-ci ildə Naxçıvanda olmuş vicdanlı italyan tarixçi-səyyahı Luidji Villari özünün Cənubi Qafqaza səyahət kitabında bildirir ki, “həmin dövrdə azərbaycanlılar ermənilərə nisbətən daha təminatlı, həm də böyük torpaq sahələrinə malik idilər. Ermənilərin çoxu isə azərbaycanlıların malikanələrində kəndli kimi işləyirdilər” (“...в Нахичевани татары (азербайджанцы) более обеспечены, чем сами армяне и владеют почти всей землей. Большая часть армян, в качестве крестьян, работает на их владениях).

 

...210 il əvvəl Naxçıvandan uzaqlarda yaradılan “dubl-Naxçıvan”

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvandan əllərinin üzüldüklərini görən ermənilər onu Azərbaycan şəhəri kimi digər xalqların nəzərində gözdən salmaq üçün, görün, son vaxtlar hansı vasitələrə əl atırlar. İndi onlar turizm sahəsinə də burunlarını soxaraq, “tourweek” (//tourweek.ru/countries/azerbaijan/regions/nakhchivan/) turizm saytında Naxçıvanın turizm baxımından əhəmiyyətsiz, maraqsız olduğunu iddia edərək, xariciləri Naxçıvana turist səfərinə gəlmək fikrindən açıq-aşkar daşındırmağa çalışırlar:

Нахичевань – небольшой город в Азербайджане, расположенный в Нахичеванской Автономной Республике, отрезанной от основной территории страны территорией Армении (? – R.O.). Каких-то особо уникальных достопримечательностей, ради которых стоит пролететь пару тысяч километров, чтобы очутиться в Нахичеване, вы здесь вряд ли найдёте. Редкие иностранные туристы обычно посещают Ханский дворец, несколько древних мавзолеев и гробниц (?. – dünya şöhrətli memar Əcəminin, Möminə Xatunun və Cavidin məqbərələrini nəzərdə tuturlar). Сам город в архитектурном плане ничего интересного собой не представляет – обычные обезличенные дома-коробки, обложенные плиткой и стеклом, либо обшитые сайдингом. В центре всё «причёсанное» и облагороженное, на окраинах – попроще”.


...Nə vaxtsa kiçik bir erməni sürüsünün də yaşadığı Naxçıvanı hələ də unutmayan daşnaklar 1779-cu ildə Rusiyanın Rostov vilayətində “dadı damaqlarında qalmış” Naxçıvanın adına yeni şəhərin əsasını qoymuşlar. (Ruslar “Vikipediya”da göstərirlər ki, “город был основан армянами, переселёнными из Крыма по указу Екатерины II от 14 ноября 1779 года. С 1928 года город Нахичевань-на-Дону стал Пролетарским районом города Ростова-на-Дону[1].) Öz “acgöz əxlaqı”, kişilərdən doymaması ilə “ala itdən də məşhur” olan, buna görə rusların özlərinin də çox vaxt kinayə edərək, ikrahla yada saldıqları Yekaterinadan nə desən, gözləmək olardı. Ancaq görəsən, guya Krımdan köçürülən bu it uşağının başına ad qəhət idi ki, onu məhz Naxçıvan adlandırıblar? Bu, erməni hiyləgərliyi ilə düşünülmüş, gələcək planlara hesablanmış bir addım idi.

Təsadüfi deyil ki, əsası qoyulduqdan cəmi 3 il sonra ordakı “Naxçıvan”da olmuş bir rus alimi o vaxt artıq 20 min erməninin doluşduğu o yeri “erməni Naxçıvanı” adlandırmışdı («ездили мы смотреть вышеупомянутый армянской город Нахачевань»). Və  o “bədbəxti” kim və necə inandıra bilərdi ki, əsl Naxçıvan qədim Azərbaycan şəhəridir və onun yaşı 3500 ildən də çoxdur. Bax, ermənilər məhz buna nail olmaq istəyirdilər və oldular da.

1928-ci ildə ermənilərin həmin Naxşıvanı şəhər kimi ləğv olunaraq,  Rostov-Don şəhərinin tərkibinə verilsə də, ora hələ də qeyri-rəsmi olaraq Naxçıvan adlanır və hətta onun erməni şəhəri kimi təbliği, Naxçıvan adlı qədim şəhərin isə Azərbaycana məxsus olduğunu yaddaşlardan silmək məqsədilə çox güclü təbliğat vasitəsindən də istifadə edilir – rus dilində “Нахичевань на-Дону” adlı qəzet nəşr olunur ki, o da bütün Rostov vilayətində yayılır. Belə olduğu halda rostovluları və onların digər Rusia şəhərlərində yaşayan qohumlarını, dost-tanışlarını necə inandırmaq olar ki, Naxçıvan qədim Azərbaycan şəhəridir və onun ermənilərə heç bir aidiyyəti yoxdur...

Onu da deyim ki, Dağlıq Qarabağda Naxçıvanik adlı bir erməni qəsəbəsinin də olduğu təsadüfi deyil. Daşnaklar bütün vasitələrlə böyüməkdə olan dığalarının beyninə həkk eləmək istəyirlər ki, qədim Naxçıvan erməni şəhəridir və onlar gələcəkdə bunu heç vaxt unutmasınlar – Şuşa kimi onu da ələ keçirmək üçün.

 

Daşnak ideoloji diversiyası davam edir – hədəfdə Bakıdır

 

Bu günlərdə təsadüfən rast gəldiyim bir xəbərdə Bakuriani adlı bir “şəhərə” də Bakıdan avtobus marşrutunun açılığı göstərilirdi. Necə deyərlər – “dalağım sancdı”. Bakuriani haradır və ermənilərlə bağlı deyil ki? İnternetdə axtardım. Onun heç də şəhər yox, şəhər tipli bir qəsəbə kimi Gürcüstanda olması da məni arxayın salmadı. Axı, gürcülər sadəcə öz qürurlarına sığışdırıb, hansısa yaşayış məntəqəsini Azərbaycan paytaxtının adı ilə bağlamazlar. Bir az da “irəli gedəndə” məlum oldu ki, bu kiçik qəsəbə Gürcüstanın Cavaxetiya bölgəsindədir. Və hər şey aydın oldu: neçə illərdir ki, Cavaxetiyaya iddialı olan, dəfələrlə orda təxribatlar, iğtişaşlar törədən ermənilər gürcülərin onlara qarşı liberal mövqeyindən, onlara “dəyib-toxunmadıqlarından”, “gözün üstə qaşın var” deməmələrindən sui-istifadə edərək, cəmi 2500 nəfər əhalisi olan kiçik bir qəsəbənin adını gürcü leksikonuna uyğunlaşdıraraq, Bakuriani adlandırıblar ki, onlardan şübhələnməsinlər. Guya bunun ermənilərə heç bir dəxli yoxdur, gürcülərin işidir.

...Biz həmişə “gedən qatarın” dalınca qaçırıq və, təbii ki, heç zaman da çatmırıq. Bəlkə, hamılıqla “papaqlarımızı” qabağımıza qoyub, bir əməlli-başlı fikirləşək: necə etməli ki, ermənilərin dalınca və onların qabağından qaçmayaq, onlardan irəlidə olaq? Ola bilməz ki, bu 10 milyonluq xalq fikirləşib, bir şey tapmasın. Ola bilərmi? Gəlin ətraflı və dərindən düşünək və bəlkə  “olmadı elə, oldu belə” – birdən ağlımıza bir ağıllı fikir gəldi! Erməninin “atasını yandıran” bir fikir! Axı, nə vaxta qədər erməni qovacaq, biz isə qaçacağıq?..


Rəhman ORXAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər