Modern.az

Jurnalist Azər İsrafilov həbsdən buraxıldı

Jurnalist Azər İsrafilov həbsdən buraxıldı

21 Sentyabr 2016, 10:33

7 il müddətinə azadlıqdan məhrum edilən jurnalist Azər İsrafilov həbsdən azad edilib. 

Modern.az xəbər verir ki,  A. İsrafilov cəzasının başa çatmasına 7 ay 20 gün qalmış məhkəmə qərarı ilə şərti azadlığa buraxılıb.

A. İsrafilov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.

 Azər İsrafilov əvvəllər ANS, İTV telekanallarında çalışıb.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı