Modern.az

Ollanddan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda AÇIQLAMA

Ollanddan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü haqda AÇIQLAMA

21 Sentyabr 2016, 11:29

Fransa prezidenti Fransua Olland Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı danışıqların növbəti raundu barədə açıqlama verib.

 

Modern.az-ın “RİA Novosti”yə istinadən xəbərinə görə, Olland deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün onları Parisdə qəbul etməyə hazırdır.

 

Fransa lideri həmkarı Serj Sarkisyana Ermənistanın müstəqilliyinin 25-ci ildönümü ilə bağl ünvanladığı məktubda bunu vurğulayıb.

 

Olland bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin istisnasız olaraq, danışıqlar yolu ilə həllinə sadiq qaldığını bir daha təsdiqləyir.

 

“Mən çox uzanan bu münaqişənin həlli ilə bağlı tədbirləri müzakirə etmək üçün Parisdə Azərbaycan və Ermənistan prezidentlərini qəbul etməyə hazıram"-deyə o əlavə edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir