Modern.az

Milli Məclis 30 sentyabrda 30 məsələyə baxacaq - SİYAHI

Milli Məclis 30 sentyabrda 30 məsələyə baxacaq - SİYAHI

21 Sentyabr 2016, 12:36

 “Milli Məclisin payız sessiyasının ilk pelanar iclası 30 sentyabr tarixində keçiriləcək”.

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin payız sessiyasının ilk plenar iclasının gündəliyinə 30 məsələ daxil edilib.

Payız sessiyasının ilk plenar iclasında “Kredit büroları haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:


“Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunda dəyişiklər ( 2-ci səsvermə);

Deputatların yeni komitələrə üzvlüyə qəbul olunması məsələsi;

Milli Məclisin 2016-cı ildə payız sessiyasının qanunverici işlər planı;

Vergi Məcəlləsinə dəyişiklik;

“Mədəniyyət haqqında” qanuna dəyişiklik;

“Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;

 “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;

“Reklam haqqında” qanuna dəyişiklik;

“Yol hərəkəti haqqında” qanuan dəyişiklik;

“Kargüzarlıq haqqında” qanuna dəyişiklik;

Əməliyyat-axtarış fəaliyyəti ilə bağlı Cinayət Prosessual Məcəlləyə dəyişiklik;

“Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi;

Bir sıra hökumətlərarası memorandum, saziş və müqavilələrin təsdiqi.

 

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir