Modern.az

Yazıçılar Birliyi Məmməd Aslanın xatirəsini anacaq?

Yazıçılar Birliyi Məmməd Aslanın xatirəsini anacaq?

21 Sentyabr 2016, 12:46

Azərbaycanın görkəmli şairi, publisist ,bütün türk dünyasının bənzərsiz söz sahibi  Məmməd Aslan 2015-ci il sentyabrın 23-də vəfat edib.

 

Məmməd Aslanın vəfatının 1-ci ildönümü ilə bağlı hansısa tədbirlər keçiriləcəkmi?

 

Bununla bağlı Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Modern.az saytına  açıqlama verib.

 

Mətbuat xidmətinin rəhbəri bildirib ki,  hazırda Yazıçılar Birliyinin Natəvan klubunda təmir işləri gedir .

“ Məmməd Aslanın da vəfat etməsinin ildönümünə 2 gün qalıb. Ona görə də təmir işləri ilə əlaqədar olaraq  sentyabr ayında heç bir tədbir təşkil edə bilməyəcəyik. Tədbirlərin keçirilməsinə oktyabr 10-dan sonra başlanılacaq. “

 

Xəyal Rza görkəmli ədəbiyyat adamlarına hər zaman diqqətlə yanaşıldığını deyib.

“ İstər onların doğum, istərsə də anım günlərində onları yad etmişik. Məzarını ziyarət, yubley və s kimi tədbirləri mütəmadi olaraq keçirmişik”.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?