Modern.az

Dekabrda doktoranturaya qəbul ola bilər

Dekabrda doktoranturaya qəbul ola bilər

Təhsil

30 Oktyabr 2009, 18:44

Milli Məclisin elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Modern.az-a açıqlamasında deyib ki, noyabrın 10-dək doktoranturaya qəbulla bağlı təkliflər hazır olacaq.

Onun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin “Təhsil haqqında” qanunun icrası haqda sərəncamı ilə Nazirlər Kabinetinə təkliflərin hazırlanması üçün vaxt verilib. Təkliflərin hazırlanması üçün verilən müddət noyabrına 6-da başa çatacaq. Deputat doktoranturaya qəbul prosesinə hazırlıq istiqamətində çox ciddi iş getdiyini vurğulayıb. “Yəqin ki, dekabrda doktoranturaya qəbul keçiriləcək”-deyə o, bildirib. 

Ş.Hacıyevin sözlərinə görə, artıq doktorantrura üçün qəbul yerləri də məlumdur və tezliklə qəbulla bağlı elanlar verilə bilər. Deputat deyib ki, doktoranturaya qəbulda əvvəlki sistemi saxlanılacaq və təkmiləşdiriləcək. Onun sözlərinə görə, yeni yaradılan sistem nəticəsində elmə təsadüfü adamlar gələ bilməyəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir