Modern.az

Minsk qrupu Ermənistan xarici işlər naziri ilə Qarabağı müzakirə etdi

Minsk qrupu Ermənistan xarici işlər naziri ilə Qarabağı müzakirə etdi

21 Sentyabr 2016, 16:31

BMT Baş assambleyasının 71-ci sammiti çərçivəsində Nyu-Yorka səfər edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ceyms Uorlik (ABŞ), Pyer Andrio (Fransa) və İqor Popovla (Rusiya) yanaşı, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

 

Görüş zamanı Sankt-Peterburq və Vyanada əldə olunmuş razılıqlara əməl olunmasının vacibliyi vurğulanıb.

 

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir