Modern.az

Palmalar quruyur... Hacı İbrahim Nehrəmli isə “oktyabrı gözləyin” deyir

Palmalar quruyur... Hacı İbrahim Nehrəmli isə “oktyabrı gözləyin” deyir

21 Sentyabr 2016, 16:41

Hacı İbrahim Nehrəmlinin böyük rezonansla ictimaiyyətə təqdim etdiyi bahalı “Xəzər adaları” layihəsi uzun müddətdir dayanıb. Hətta milyonçunun “Xəzər adaları”nın salındığı ərazinin ətrafında əkdirdiyi palma ağacları da qurumağa başlayıb.

İ.Nehrəmli isə Modern.az-a açıqlamasında bunun əksinə olaraq “dənizdə şəhər” layihəsinin reallaşmaq üzrə oldğunu bildirib:

“Hazırda işlər nisbətən sakit gedir, oktyabr ayının 1-dən etibarən isə sürətlənəcək. Əgər kimlərsə deyirsə ki, bu layihə dayandırılıb, yalandır”.

Hacı İbrahim Nehrəmli işə xarici investorların cəlb edildiyini də qeyd edib:

“Artıq investorlarla danışqılar aparılıb, razılıq əldə olunub. Tez bir zamanda layihə gerçəkləşdiriləcək”.

İnvestorların konkret hansı ölkədən cəlb olunduğuna gəldikdə, iş adamı bunu açıqlamaq istəməyib.

“Xəzər Adaları” Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Ada şəhərcikdə eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq).
Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də planlaşdırılır. Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir...


Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi