Modern.az

Bakıdakı ermənilər referenduma Xankəndi dairəsindən qatılmayacaqlar - RƏSMİ

Bakıdakı ermənilər referenduma Xankəndi dairəsindən qatılmayacaqlar - RƏSMİ

21 Sentyabr 2016, 16:58

“26 sentyabrda baş tutacaq referendumda 122 saylı Xankəndi seçki dairəsindən 4915 nəfər  seçici iştirak edəcək. Referendumda Xankəndi seçki dairəsində səs verəcək vətəndaşlar arasında erməni əsilli Azərbaycan vətəndaşı yoxdur”.

Bunu Modern.az-a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin sədri Rasim Hacıyev deyib. DSK sədri bu gün Bakıda yaşayan 30 mindən çox ermənidən heç birinin Xankəndi seçki dairəsindən səs verməyəcəyini bildirib:

“Bu gün Azərbaycanda yaşayan 30 mindən çox ermənidən heç biri Xankəndi seçki dairəsində səs verməyəcək. Çünki onlar Xankəndi qeydiyyatında deyillər. Həmin ermənilər Azərbaycanda yaşadıqları və qeydiyyatda olduqları yerlərdə səs verəcəklər”.

Hazırda Dağlıq Qarabağda yaşayan Xankəndi ermənilərinin Azərbaycandakı referendumda iştirakına gəlincə isə Rasim Hacıyev bunları deyib:

“Ümumiyyətlə, 122 saylı Xankəndi seçki dairəsində səs verməli olan Qarabağ ermənilərinin Azərbaycanda keçirilən referendumda iştirak etməsi mümkün deyil. İndiki vəziyyət baxımdan biz onları seçkiyə dəvət edə bilmərik. Səbəbi odur ki, həmin ərazilərimiz Ermənistanın işğalı altındadır”.

DSK sədri vurğulayıb ki, Xankəndində yaşayan ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıdıqları halda seçkilərdə iştirak edə bilərlər:

“Azərbaycandakı seçkilərdə və referendumda o zaman iştirak edə bilərlər ki, onlar həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü tanısınlar və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etsinlər. Başqa formada isə onların Azərbaycanda baş tutacaq referendumda iştirak etmələri mümkünsüzdür”.




 Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər