Modern.az

Əhliman Əmiraslanov Türkiyə səfiri ilə görüşdü

Əhliman Əmiraslanov Türkiyə səfiri ilə görüşdü

Aktual

21 Sentyabr 2016, 16:44

Sentyabrın 21-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri İsmayıl AlperCoşkun ilə görüşdü.

 

Komitə sədri  qonağı salamlayaraq onun 4 il ərzində Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi. İki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə diplomata təşəkkür etdi və gələcək fəaliyyətində ona uğurlar arzuladı.

 

Əhliman Əmiraslanov qanunverici orqanlar səviyyəsində əməkdaşlığın genişləndirilməsini,  deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda birgə fəaliyyətini təqdirəlayiq hesab etdi.  Hər iki ölkənin parlamentindəki dostluq qrupları arasında səmərəli iş birliyinin, qarşılıqlı səfərlərin informasiya və təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu vurğuladı.

 

İsmayıl AlperCoşkungörüşə görə minnətdarlığını ifadə etdi. O,  Azərbaycandakı fəaliyyəti dövründə ona olan münasibəti yüksək dəyərləndirdiyini, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını söylədi. Diplomat dövlətlərimiz və xalqlarımız arasında olan çox sıx münasibətlər barədə danışdı. Bildirildi ki, Azərbaycan dinamik inkişaf edən, əlverişli geostrateji mövqeyə malik bir ölkədir.

 

Səfir görüşün sonunda gələcək fəaliyyətində də ölkələrimiz arasında əlaqələrin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini dedi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır