Modern.az

“Referendumu 90 beynəlxalq müşahidəçi izləyəcək” - MSK-dan AÇIQLAMA

“Referendumu 90 beynəlxalq müşahidəçi izləyəcək” - MSK-dan AÇIQLAMA

Hadisə

21 Sentyabr 2016, 17:09

“Sentyabrın 26-da keçiriləcək referendumda 34 ölkədən 90 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasından (MSK) müşahidəçi qeydiyyatdan keçərək qeydiyyata alınıb.”.

 

Bubarədə Modern.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli məlumat verib.

 

Ş.Əsədli bildirib ki, qeydiyyatdan keçən beynəlxalq müşahidəçilər arasında xarici jurnalistlər, beynəlxalq təşkilatlar və xarici siyasi partiyaların nümayəndələri olacaq:

 

“90 beynəlxalq müşahidəçilərin içərisində əsasən AŞPA, ATƏT kimi beynəlxalq təşkilatların nümayəndələri, xarici jurnalistlər və digər qurumlardan müşahidəçilər Azərbaycanda referendumu izləyəcəklər”.

 

Ş.Əsədli referndumda iştirak edəcək yerli müşahidəçilərin də sayını açıqlayıb: “Seçki prosesini izləmək üçün 53300 yerli müşahidəçi qeydiyyata alınıb. Bunlardan 1097-si MSK-da, qalanları isə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib".

 

Xatırladaq ki, 26 sentyabrda  Azərbaycanda Konstitusiya dəyişikləri ilə bağlı Referendum(Ümumxalq səsverməsi) keçiriləcək.

 

Referendumda Konstitusiyanın 22 maddəsinə 44 dəyişikliyin edilməsi nəzərdə tutulur.

 

 

 

Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu