Modern.az

“Azərbaycan nüvə silahlarının yayılmamasına dair səyləri dəstəkləyir”

“Azərbaycan nüvə silahlarının yayılmamasına dair səyləri dəstəkləyir”

21 Sentyabr 2016, 21:43

“Bu il Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin (NSHQM) imzalanma üçün təqdim olunmasının 20 illiyi tamam olur. Azərbaycan bu təşəbbüsün irəli sürüldüyü vaxtdan etibarən dəstəkləyən ilk ölkələrdən biri olub”. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilənin Dostları qrupu tərəfindən təşkil olunan 8-ci Nazirlər toplantısında çıxışı zamanı bildirib.

 

E.Məmmədyarov bildirib ki, NSHQM-nin qüvvəyə minməsinə Nüvə Silahının Yayılmaması Müqaviləsində nəzərdə tutulan nüvədən azad dünyanın yaradılması üçün əhəmiyyətli addım kimi baxır: “Nüvə tərksilahına potensial töhfəsi ilə yanaşı, biz, həmçinin Müqavilənin icrasının verifikasiya sistemindən əldə olunan mülki və elmi faydaları yüksək qiymətləndiririk. Nüvə tərksilahı və nüvə silahının yayılmaması məsələlərinə müraciət etmək üçün Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatının səylərini təqdir edirik. Biz bir sıra dövlətlər tərəfindən həyata keçirilən nüvə sınaqlarına dair könüllü moratoriumları alqışlayırıq. Buna baxmayaraq, ayrıca dövlətlər tərəfindən həyata keçirilən moratoriumlar beynəlxalq sülh və təhlükəsizlik üçün əsas addım olan Müqavilənin qüvvəyə minməsini əvəz edə bilməz. Biz bir daha Müqaviləni hələ də ratifikasiya etməyən II Əlavəyə qoşulan dövlətləri bu istiqamətdə səylərini əsirgəməməyə çağırırıq”.

 

Nazir vurğulayıb ki, nüvə silahlarının yayılmamasına dair Müqavilədə əks olunan nüvəsiz dünya baxışına sadiq olaraq, Azərbaycan bu xüsusda olan beynəlxalq səyləri fəal şəkildə dəstəkləyir: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsinə öz töhfəsini verir. Belə ki, bu razılaşmanın əhatə dairəsi çərçivəsində materialların ərazisi boyunca tranzitinə imkanlar yaradır”.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir