Modern.az

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib

Aktual

21 Sentyabr 2016, 22:11

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini dəyişməyib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, uçot dərəcəsi 0,25-0,5 faiz səviyyəsində qalıb.

ABŞ-ın Federal Ehtiyatlar sisteminin direktoru Canet Yellen isə mətbuat konfransında bildirib ki, uçot dərəcəsi ilin sonunadək artırıla bilər: “Uçot dərəcəsinin artırılmasına əsaslar güclənsə də, FED iqtisadiyyatın, o cümlədən əmək bazarının möhkəmlənməsinə dair məlumatları gözləməyə üstünlük verir. Hesab edirəm ki, uçot dərəcəsinin artırılmasına arqumentlər mövcuddur, lakin hələ ki gözləməyə qərar verdik”.

Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza dərəcəsini illik 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür