Modern.az

Ərdoğan Putini təbrik edib

Ərdoğan Putini təbrik edib

22 Sentyabr 2016, 00:39

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin məlumatında bildirilir.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon söhbəti zamanı Ərdoğan rusiyalı həmkarını Federal Məclisin Dövlət Dumasına deputat seçkilərinin uğurla keçirilməsi münasibəti ilə təbrik edib.

Bundan əlavə, prezidentlər Rusiya-Türkiyə əməkdaşlığının gələcək inkişafı və Suriya probleminin nizamlanması üzrə aktual məsələləri müzakirə ediblər.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir