Modern.az

İsrailin vitse-spikeri: "Bizdə Azərbaycan əleyhinə partiya yoxdur"

İsrailin vitse-spikeri: "Bizdə Azərbaycan əleyhinə partiya yoxdur"

22 Sentyabr 2016, 10:25

“Azərbaycan İsrail üçün çox vacib ölkədir. Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən iki ölkə arasında münasibətlər çox yaxşı səviyyədədir”.

 

Modern.az xəbər verir ki, APA--nın İsrailə ezam olunmuş müxbirinin məlumatına görə bunu İsrail Fəhlə Partiyasının baş katibi, Knessetin (parlament) vitse-spikeri Hilik Bar deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər strateji əməkdaşlıq səviyyəsindədir: “Bizim Azərbaycandan, Azərbaycanın da bizdən öyrənəcəyi çox şey var. Biz Qafqazda belə güclü və vacib müttəfiqimizin olmasından çox məmnunuq. Bu, İsrailin xarici siyasət istiqmətlərindən biridir. Bunu möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. İsraildə elə partiya tanımıram ki, Azərbaycanla münasibətlərin əleyhinə olsun. Kəskin solçu partiyalardan kəskin sağçı partiyalara kimi hamısı Azərbaycanla İsrail arasında münasibətlərin çox vacib olduğunu hesab edir, bunu daha da gücləndirmək üçün çalışır”.

 

O, Azərbaycanda yaşayan yəhudilərin özlərini evlərindəki kimi hiss etdiklərini bildirib: “Mən Sizi yəhudiləri müdafiə etdiyiniz, onlara özlərini öz evlərindəki kimi hiss etmələrinə şərait yaratdığınız üçün alqışlayıram. Hər ölkədə yəhudilərə, o cümlədən də digər azlıqlara qarşı bu qədər tolerant ola bilmirlər. Hətta ağır günlərində belə Azərbaycan yəhudiləri, sinaqoqları müdafiə etdi, qorudu. Bunu edə bilən hər bir ölkə böyük ölkədir, xalqı güclü xalqıdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm”. 

 

 

 Modern.az        

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər