Modern.az

Tarix institutunun direktor müavini, bizim Cəbi müəllim niyə əsəbləşdi...

Tarix institutunun direktor müavini, bizim Cəbi müəllim niyə əsəbləşdi...

Mədəni̇yyət

22 Sentyabr 2016, 11:42

Bu gün bədnam qonşularımız olan ermənilər Dağlıq Qarabağ və Azərbaycan tarixinin özlərinin xeyrinə saxtalaşdırılması uğrunda gərgin işlər aparırlar. Etiraf edək ki, bəzən öz yalanlarının dünyaya sırıya bilirlər.

 

Erməni tarixçilərinin apardıqları bu “tarixi araşdırmalar” əsasən Avropanın Almaniya, Fransa, Böyük Britaniya kimi nüfuzlu araşdırmalar institut və mərkəzlərində həyata keçirilir.

 

Bəs, görəsən bu istiqamətdə ermənilərə tutarlı cavablar vermək və onları susdurmaq üçün AMEA-nın Tarix İnstitutu son illər hansı işlər görür? Bu illər ərzində xaricə təhsilini davam etditmək üçün tarixçilər göndəribmi?

Ümumiyyətlə, Dağlıq Qarabağın tarixinin araşdırılması məqsədi ilə Avropa və dünya tarix araşdırma institutlarında hansı işlər görülüb?

 

Məsələ ilə bağlı AMEA-nın Tarix İnstitunun direktor müavini Cəbi Bəhramov Modern.az-a bunları deyib:

 

“Son illər Azərbaycan Milli Elmlər Akademiyasının tarix İnstitutu xarici ölkələrə aspirant və dissertantlar göndərməyib. Çünki bizim buna imkanımız çatmır”.

İnstitutun direktor müavini vurğulayıb ki, ümumiyyətlə Azərbaycanın Avropa, Amerika və digər dünya ölkələrinə dissertant, aspirant göndərməyimizə ehtiyac yoxdur”.

Onun dediyinə görə, qonşu ölkələrdə Azərbaycanın Tarix İnstitutunun səviyyəsini görüb bizə aspirant və dissertant göndərirlər. “Türkiyə, İran və Rusiyadan bizim Tarix İnstitutuna gəlirlər. Bizim instituta gələn şəxsləri də biz hazırlayıb öz ölkələrinə göndəririk”

“Bəs son illər Qarabağın tarixi və həqiqətləri ilə bağlı xaricdə hansı araşdırmalar aparılıb ?” sualı isə direktor müavinini əsəbləşdirib.

Öncə bu işə görə AMEA-nın Tarix İnstitunun imkanının olmadığını deyən direktor müavini ardından bu işə ehtiyac duyulmadığını söyləyib:

“Bilmirəm bu cür suallar verməklə sizin istəyiniz nədir, amma mənim bu cür suallara cavab verməyə vaxtım və imkanım yoxdur. Telefonla da açıqlama, sual olar? Nə sualınız varsa gəlin burda verin. Biz Azərbaycanın tarixi ilə bağlı bizə lazım olan tarixi arxiv sənədləri xarici ölkələrdən Azərbaycana gətizdiririk.

Bizim çox yüksək səviyyəli və peşəkar tarixçi kadr ehtiyyatlarımız varr. Buna görə də Amerika və Avropa ölkələrinə dissertant və aspirant göndərməyimizə ehtiyac yoxdur”.

 

P.S. Hörmətli Cəbi müəllim, bizim sizə bu cür suallar verməkdə heç bir başqa məqsədimiz yoxdur. Sadəcə olaraq bilmək istəyirik ki, AMEA-nın Tarix İnstitutu Azərbaycanın və xüsusilə Dağlıq Qarabağın tarixinin araşdırılması ilə bağlı Avropa ölkələrindəki aparıcı Tarix araşdırma institutlarında hansı işləri görüb.

 

Çünki bu gün bədnam qonşumuz olan ermənilər bizim tariximizi İrəvanda deyil, əsasən Amerika və Avropanın ən nüfuzlu tarix araşdırma institutlarında, mərkəzilərində saxtalaşdırırlar.

 

Bu baxımdan Azərbaycanın tarix araşdırmaları üzrə dissertant və aspirantlarının da dünyanın hansı nüfuzlu tarix araşdırma mərkəzlərində gördükləri işləri bilmək vətəndaş olaraq bizim də haqqımızdır.

 

Əgər bu gün Azərbaycanda qanunvericilik çərçivəsində məmurlar, deputatlar və hətta nazirlər jurnalistlərin suallarını telefonla cavablandırırsa, bəs, siz niyə cavablandırmayasınız?

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı