Modern.az

 Tədris Cərrahiyyə Klinikasını Medipol Meqa Universitetilə nə birləşdirir?

 Tədris Cərrahiyyə Klinikasını Medipol Meqa Universitetilə nə birləşdirir?

Aktual

22 Sentyabr 2016, 12:08

Bu günlərdə Medipol Meqa Universitetinin nümayəndələri növbəti dəfə ATU-nun Tədris Cərrahiyyə Klinikasının qonağı oldu.

 

Klinikanın direktoru Surxay Hadıyev qonaqlara gəldiyi üçün təşəkkürünü bildirərək, gələcəkdə birgə görüləcək işlərdən söz açdı.

 

Medipol səhiyyə qrupunun müəssisə direktoru, professor Özer Koca gəlmələrində məqsədin  elm, təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmalı olduğunu bildirdi. Bununla yanaşı, müştərək elmi layihələrin hazırlanması, elmi-praktik konfransların, simpoziumlar və seminarların təşkili, tələbə, rezident və magistr mübadiləsi, həkim və müəllimlərin təcrübə mübadiləsinin həyata keçirilməsinə də diqqət veriləcəyini dedi.

 

Daha sonra klinikanın baş həkimi dosent dr.Asiman Həsənov Tədris Cərrahiyyə Klinikasının Universitet Xəstəxanası olaraq məqsəd və hədəfləri, istər sağlıq, istər elm-tədris istiqamətindəki fəaliyyəti haqqında, son əldə olunan uğurlar, gələcəkdə nəzərdə tutulan planlar barədə qonaqlara geniş məlumat verib. “Bizim klinikanın bütün şöbələrində Medipol Universitetinin hansı şöbələri ilə əlaqə yaratmaq istədiklərinə dair sorğu keçiriləcək və bunun əsasında əlaqələr qurulacaq”.

 

Görüşün davamında professor Nuru Bayramov Medipol Universitetinin xəstəxanasında olduğunu bildirərək, orada olan şərait haqqında öz müsbət rəylərinin səsləndirdi.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?