Modern.az

Azərbaycan diaspor nümayəndələri Bill Klintonla görüşüblər - FOTOLAR

Azərbaycan diaspor nümayəndələri Bill Klintonla görüşüblər  - FOTOLAR

22 Sentyabr 2016, 12:32

Nyu-Yorkda səfərdə olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarının və dünyanın nüfuzlu siyasətçiləri, iş adamları və dövlət xadimləri ilə görüşlərini davam etdirir.

Bu barədə Modern.az-a Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, təşkilatın rəhbərliyi səfər çərçivəsində Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti Bill Klinton, BMT Baş Katibliyinə namizəd, YUNESKO-nun baş direktoru İrina Bokova, Avropa İttifaqının vitse-prezidenti Kristalina Georgiyeva, Avropa İttifaqının  sabiq Prezidenti Xose Manuel Barrozo ilə görüşlər keçirib.

Hər bir görüşdə NGBM-in nümayəndələri təşkilatın fəaliyyəti, əməkdaşlıq etdiyi beynəlxalq qurumlar və hökumətlər, Mərkəzin həyata keçirdiyi layihələrin məqsədi və əhəmiyyəti barədə qarşı tərəfi məlumatlandırıb. Müzakirələr zamanı 2017-ci ildə keçiriləcək V Qlobal Bakı Forumu, Forumun gündəliyində duran aktual məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edilib, səmərəli müzakirələrin aparılması üçün bu tədbirin yaxşı imkan yaratdığı bildirilib.

Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Xatırladaq ki, NGBM-in Nyu-Yorka səfər edən nümayəndə heyətinin tərkibinəSerbiyanın sabiq Prezidenti Boris Tadiç,  Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenko və Mərkəzin Baş katibi Rövşən Muradov daxildir.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir