Modern.az

Hacı Əbdül sabiq MTN-çiləri tövbə etməyə ÇAĞIRDI

Hacı Əbdül sabiq MTN-çiləri tövbə etməyə ÇAĞIRDI

22 Sentyabr 2016, 17:27

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov  “MTN işi”ndə adları hallanan generalları
və haqqında cinayət işi açılan digər zabitləri tövbə etməyə çağırıb.

Bu barədə o, Modern.az saytına açıqlamasında deyib.

Hacı Əbdül bildirib ki, MTN generalları tövbə olunmaq üçün onun cəmiyyətinə müraciət etməlidirlər.

““Tövbə” cəmiyyəti öz işini davam etdirir. Günahlarının bağışlanması üçün müraciət edənlər çoxdur. Amma “MTN işi”ndə adı hallanan zabitlərin heç biri hələ ki bizim cəmiyyətə müraciət etməyib. Əslində, bu qədər xoş olmayan işlər həyata keçiriblər. Onlar çoxdan tövbə olunmaq üçün müraciət etməliydilər. Düzdü, onların əməlləri heç bağışlanmağa da layiq deyil. Amma, Allah bütün günahları bağışlayandır”.


Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub