Modern.az

UEFA-nın yeni prezidenti Bakıya gəlir

UEFA-nın yeni prezidenti Bakıya gəlir

22 Sentyabr 2016, 17:40

UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridis Bakıya gələcək.

Modern.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak məqsədilə gerçəkləşəcək. 

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək. UEFA rəsmilərini Azərbaycan paytaxtına AFFA-nın prezidenti Rövnəq Abdullayev dəvət edib. 

Qeyd dək ki, Aleksander Çeferin sentyabrın 14-də Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə UEFA-nın prezidenti seçilib.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı