Modern.az

Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır

23 Sentyabr 2016, 00:33

Dünya bazarlarında neftin qiyməti sürətlə bahalaşmaqda davam edir. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,77% bahalaşaraq bir barelə görə 47,66 dollar olub.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 2,36% artaraq 45,41 dollara satılıb.

 

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft istehsalının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı