Modern.az

Cavanşir Quliyevdən Elza Seyidcahan AÇIQLAMASI: "...Bəstəkar deyil"

Cavanşir Quliyevdən Elza Seyidcahan AÇIQLAMASI: "...Bəstəkar deyil"

Mədəni̇yyət

23 Sentyabr 2016, 10:20

Tanınmış bəstəkar, hazırda Şimali Kiprdə yaşayan Cavanşir Quliyev Azərbaycanda son zamanlar bəstələnən mahnılardan xəbərsizdir.

 

Cavanşir Quliyev Modern.az saytına açıqlamasında deyib ki, ölkə hüdudlarından kənarda yaşadığı üçün Azərbaycanda son zamanlar bəstələnən mahnıları dinləmir.

 

Bəstəkar əməkdar artist Elza Seyidcahanın bəstələdiyi və oxuduğu mahnılardan da söz açıb.

 

“Elza Seyidcahan Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini bitirib. O, xalq artisti, bəstəkar Arif Məlikovun sinfində təhsil alıb. Lakin heç bir diplom onun sahibini yanlışlardan sığortalamır. Əgər Elzanın yazıları, mahnıları sizin, cəmiyyətin xoşuna gəlmirsə, demək o, onu bəyənməyənlər üçün bəstəkar deyil”. 

 

O bildirib ki, bu baxımdan Elza Seyidcahanı rahat tənqid etmək olar.

“Sonucda bəstəkarı bəstəkar edən onun diplomu yox, keyfiyyətli əsərləridir”,-deyə əlavə edib.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!