Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - VIII YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - VIII YAZI

Ədəbi̇yyat

23 Sentyabr 2016, 10:45

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Rus-Qacar müharibələrinin nəticəsi olan Gülüstan (1813, oktyabr) və Türkmənçay (1828, fevral) sülh müqavilələri əslində Azərbaycan türklərinin bu bölgədə söz sahibi olma hüququnu zamanla itirməsinin başlanğıcıdır. Hər halda bu sülh müqavilələrinə yalnız Azərbaycan Türk torpaqlarının, eləcə də Azərbaycan Türklərinin iki yerə parçalanması kimi baxmaq doğru deyildir. Əslində burada bir Türk dövlətinin torpaqlarının bir qisminin, özəlliklə də həmin dövləti yaradan əsas qüvvənin (Qacarların) özünün də əsrlərboyu yaşadığı mühüm hissəsinin yad bir imperiya tərəfindən işğalı faktı baş vermişdi. Belə ki, Səfəvilər, Əfşarlar dövründə Azərbaycan Türk torpaqlarının işğalına nail ola bilməyən çar Rusiyası 19-cu əsrin ilk rübündə uzun sürən müharibələr sonunda Qacarları həmin müqavilələri bağlamağa məcbur edə bilmişdi.

Bizcə,  Rusiya-Qacarlar arasında baş tutmuş ikinci (1804-1813) və üçüncü (1826-1828) müharibələr dövründə Qacarların hər ikisindən məğlub çıxmasında aşağıdakı bir sıra amillər mühüm rol oynamışdır:

  1. Ağa Məhəmməd şah Qacara qarşı sui-qəsdin olması (1797) və Rusiyasnın bu məsələdə əsas təşkilatçılığı;
  2. Şimali Azərbaycan Türk Xanlıqlarının 1796-1797, 1804-1813-cü il müharbələrində ikitirəliyi, özəlliklə rusyanlısı xanlıqların (Qarabağ və b.) bağışlanmaz xəyanətkarlıqları;
  3. Qacarların Rusiyaya qarşı apardığı müharibələrdə xarici qüvvələrin, özəlliklə ingilislərin ikili mövqeyi;
  4. Rus-Qacar müharibəsinin başlanğıcdakı vətən, millət ruhlu mübarizəsinin sonralar dini mahiyyət daşıması;
  5. Qacarlara birləşdirilmiş İrandilli xalqların, o cümlədən farsların ikili tutumu;
  6. Rusiyaya qarşı müharibələrdə Osmanlı-Qacarlar münasibətlərinin düzgün qurulmaması, bu etimadsızlıqda ingilislərin rolu.
  7. Çar Rusiyasının modern hərbi qüvvələrinə qarşı Qacarların yeni formalaşan qeyri-modern ordusu;
  8. Qacarların Səfəvilərlə Əfşarlardan qalma əski imperiyalar üzərində qurmağa çalışdığı yeni dövlətçiliyilə müqayisədə çar Rusiyasının bir neçə əsrlik imperiya təcrübəsinin olması.

Bütün bunlar Rus-Qacar müharibəsinin taleyini həll edən əsas amillər olmuşdur. Özəlliklə, ikinci Rus-Qacar müharibəsinin gedişində xeyli dərəcədə üstünlük saxlamış Qacarların sonunda yenik düşməsinin başlıca səbəblərindən biri ingilislərin çoxüzlü siyasəti olmuşdur. Hər halda 1808-1810-cu illərdə Qacarlar Ruslarla döyüşdüyü bütün cəbhələrdə xeyli hərbi uğurlar əldə etsə də, ingilislərin Fransa əleyhinə Rusiya-İngiltərə ittifaqı yaratmasıyla bu uğurlar öz gerçək təsbitini tapmamışdı. İngilislərin Fransa əleyhinə Rusiyayla ittifaq bağladığı halda, Qacarların çarizm üzərində əsaslı qələbəsinə yardım etməsini gözləmək məntiqsizlik idi. Sadəcə, ingilislərin əsas məqsədi çar Rusiyasını müəyyən qədər zəif buraxmaqla, rusların istər Avropada, istərsə də Qafqazda çox  irəliləməsinə əngəl olmaq idi.

Bütün bunlarla yanaşı, ingilislər Qacarların Şimali Azərbaycana tam sahib çıxmasını da istəmirdilər, çünki Avropanın yanı başında Osmanlıdan sonra ikinci bir Türk dövlətinin olmasını qətiyyən arzu etmirdilər. İngilislər üçün Avropa sərhədlərində Osmanlıyla yanaşı ikinci bir Türk dövlətinin-Qacarların olmasındansa, onların hər ikisi üçün daim təhdid olan xristian çar Rusiyasının olması daha çox əlverişli idi. Bu anlamda hesab edirik ki, Böyük Britaniya Şimali Azərbaycanın, o cümlədən Gürcüstanın çar Rusiyası tərəfindən işğal olunmasına məqbul baxırdı. Üstəlik, Şimali Azərbaycanı itirən Qacarların qurduqları yeni dövlətdə türklüklərini və dünyəviliklərini ifadə etməkdə çətinlik çəkərək, farslara meyil etməyə məcbur olacaqlarını da yaxşı düşünmüşlər. Bunun üçün isə, ən ideal variant Səfəvi Qızılbaşlığını, ya da şiəçiliyini türklərlə farsları birləşdirən dövlətçilik ideologiyasına çevirmək idi. Yuxarıda da qeyd etdiyimiz kimi, ingilislər bu məsələdən də çox ustalıqla yararlandılar. Belə olduğu təqdirdə, Rus-Qacar müharibələrində Böyük Britaniyanın daha çox Qacarlara mı, yoxsa çar Rusiyasına mı yardım etməsi məsələsi açıq şəkildə ortaya çıxmış olur. Əlbəttə, bizim fikrimizcə, bu müharibələrdə zahirən Qacarların yanında olan Böyük Britaniya mahiyyət etibarilə çar Rusiyasına daha çox yardım etmişdir.

Ona görə də, Azərbaycan tarixçiliyinin ortaya atdığı o fikirlə qətiyyən razılaşa bilmərik ki, Gülüstan müqaviləsiylə “Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilis müstəmləkəçilərinin qızğın qəzəbinə səbəb oldu”. Belə çıxır ki, Azərbaycan Türk torpaqlarının bir qisminin ruslar tərəfindən işğal olunmasına qarşı çıxaraq onun geri qaytarılması qeyrətini Türklərdən çox ingilislər çəkirmişlər. Guya, ingilisləri də narahat edən Qacarların məğlub olacağı təqdirdə Rus qoşunlarının ingilis müstəmləkəsi Hindistana üz tuması imiş. Halbuki burada ingilisləri əsas narahat edən müstəmləkəsi Hindistanın deyil, Cənubi Qafqazın tamamının Rusiya tərəfindən işğal olunmaması idi. Çünki sərhədlərin bu şəkildə, özəlliklə Naxçıvanla İrəvanın Qacarların tərkibində qalacağı təqdirdə çar Rusiyasının Osmanlıyla Qacarlar üzərində təhdidi, buna paralel olaraq da Böyük Britaniyanın hər iki Türk dövləti üzərində basqısı yetərli olmayacaqdı.

Deməli, “ingilis müstəmləkəçilərinin qızğın qəzəbinə səbəb olan” Qacarlardan çox torpaq qeyrətləri çəkmələri deyil, bunun tam əksi Cənubi Qafqazın tamamının Rusiyanın işğalı altına keçməsinə çalışmaq idi. Ancaq Cənubi Qafqazı istədiyindən bəlkə də çox işğal etmiş çar Rusiyası isə növbəti Rus-Qacar müharibəsində çox da maraqlı deyildi. Çünki çar Rusiyasının Şimali Azərbaycanla bağlı əsas hədəfi Gəncə, Qarabağ, Şəki, Quba, Şamaxı və Bakı xanlıqlarının işğalı idi ki, bütün bunlar da artıqlamasıyla baş tutmuşdu. Bu baxımdan hətta, çar Rusiyası işğal etdiyi torpaqlardan bir qismini Qacarlara geri qaytarmağa da hazır idi ki, növbəti Rus-Qacar müharibəsi gerçəkləşməsin. Ancaq ingilislər əsas məqsədlərinə çatana qədər, nəyin bahasına olursa-olsun Rus-Qacar müharibəsinin davam etməsində maraqlı idilər.

Ümumiyyətlə, Rus-Qacar müharibələrində ingilislərin daha çox maraqlı tərəf kimi çıxış edərək hətta, rusların bir çox hallarda barışa hazır olduqlarını ifadə etdikləri halda, Qacarları müxtəlif bəhanələrlə bundan uzaq tutaraq zəif salana, ən önəmlisi Cənubi Qafqazı bütövlükdə itirənə qədər buna sürükləməsi təsadüfi deyildi. İngilislər bu bölgədə Türk dövlətlərinə ən ağır zərbə vurmağı qarşısına əsas məqsəd kimi qoymuşdu ki, çar Rusiyası amili onlar üçün ən ideal variant idi. Ona görə də, ingilislər çar Rusiyası amilindəın çox ustalıqla istifadə edərək 19-cu əsrin başlarında Osmanlı və Qacarları çox böyük zərbə altına qoymuş oldu.

Özəlliklə, ingilislərin Qacarlar üçün həsas olan vətən, millət və din amillərini önə çəkərək 1826-cı ildə növbəti Rus-Qacar müharibəsinə sürükləməsi yarımçıq qalmış planlarının tamamlanmasına xidmət edirdi. Təbii ki, Qacarların özü də çox ağır durumda olmalarına baxmayaraq, Şimali Azərbaycan torpaqlarının Rusiyanın işğalı altında qalması fikrindən çox uzaq idilər. Ancaq daxili çəkişmələrə tamamilə son qoymadığı bir dövrdə çar Rusiyası kimi dünyanın böyük imperiyalarından birinə qarşı savaşmaq Qacarlar üçün heç də asan deyildi. Bu anlamda bir tərəfdən vətən, millət və din amilləri, digər tətəfdən ingilislərin ikiüzlü yardım siyasəti Qacarları Rusiyayla növbəti müharibəyə başlamağa sövq etdi. Şübhəsiz, çar Rusiyasından Qacarlara pənah gətirmiş Şimali Azərbaycan Türk xanlarının verdiyi vədlər, yəni buranın türk əhalisinin də ruslara qarşı olması düşüncəsi müharibənin başlanmasında mühüm rol oynadı. Doğrudan da, müharibənin ilk aylarında Gəncə və başqa yerlərdə rusların əleyihinə üsyanlar baş verdi. Bundan istifadə edən Qacarlar ordusu Abbas Mirzənin başçılığıyla az bir müddətdə Şimali Azərbaycanın böyük bir hissəsini rus işğalından azad etdi. Ancaq Qacarlar ətrafında cəmləşirdiyi Şimali Azərbaycan türk xanlarıyla (Gəncəli Uğurlu xan, Bakılı Hüseynqulu xan, Şirvanlı Mustafa xan, Qubalı Sultan Əhməd, Qarabağlı Mehdiqulu xan vəb.) birgə ilk döyüşlərdə ciddi hərbi uğurlar əldə etsə də, 1826-cı ilin sonlarına doğru bütün cəbhəboyu ruslar üstünlük qazanmağa başladılar.

2-ci Rus-Qacar müharibəsində olduğu kimi, 3-cü müharibədə də Böyük Britaniya Qacarlara cüzi hərbi və digər yardımlar etməklə yarı yolda qoymuş oldu. İngilislər çox usatlıqla manevrlər etməklə çar Rusiyasının bu dəfə Şimali Azərbaycanın tamamının, o cümlədən Naxçıvan, İrəvan və Lənkəran xanlıqlarının da işğal olunmasına şərait yaratdı. Üstəlik, ingilislərin bəlkə də gözləmədiyi bir şəkildə Rus qoşunları Qacarların Tehrandan sonra ikinci önəmli olan şəhəri Təbrizi belə işğal etdilər. Məhz bundan sonra yenidən dövrəyə girən ingilis diplomatiyası Türkmənçay müqaviləsində Şimali Azərbaycanın tamamının Rusiya işğalında qalması maddəsinin öz əksini tapmasıyla rahatlaşmış oldu. Bundan sonra ingilislər bir daha Qacarları çar Rusiyasına qarşı savaş açmağa da təhrik etmədilər. Çünki Böyük Britaniya üçün lazım olan Qafqazın bölüşdürülməsi məsələsi, onlarca uğurla başa çatmışdı.

Hazırda Azərbaycan tarixçilərinin yazması ki, guya Böyük Britaniya Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalından qoruxaraq buna qətiyyətlə əngəl olmuşdu, addəsinin öz əksini tapmasıyla rahatlaşmış oldu.amının rusiyayayi olan şəhəri Təbrizi belə işal etdilər.şübhəsiz, bütün bunlar həqiqəti özündə əks etdirmir.  Çünki yuxarıda da qeyd etdiyimiz kimi, Rusiyanın məqsədi Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın bir hissəsinin işğal etmək idi ki, 3-cü Rus-Qacar müharibəsində bu da, tamamilə yerinə yetirilmişdir. Buna görə də, Cənubi Azərbaycanın Qacarların tərkibində qalmasında ingilislərin “əməyinin” şişirdilməsi Sovet Rusiyasi tarixçiliyinin məhsuludur. Çünki çar Rusiyasının əsas hədəfi heç də ingilislərin uydurduğu kimi Cənubi Azərbaycanı və digər əraziləri Qacarlardan alaraq İngiltərəninin müstəmləkəsi olan Hindistana doğru irəliləmək deyil, daha çox Cənubi Qafqazın ona lazım olan hissəsini işğal edərək İstanbula üz tutmaq idi. Ona görə də yeni imperiya olan Qacarların aradan qaldırılıb ingilis müstəmləkəsi Hindistanın ruslar tərəfindən işğalı deyil də, Avropanın başağrısı olan Osmanlının tamamilə zəifləməsində ingilislərlə rusların maraqları daha çox üst-üstə düşürdü. Təsadüfi deyil ki, çar Rusiyası son iki Rus-Qacar müharibələriylə yanaşı, həmin dövrlərdə Osmanlıyla da savaşmış, həmin savaşlardan da qalib ayrılaraq Anadolunun bir hissəsini işğal etmişdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi