Modern.az

Bağlanan 9 bankın əmanətçilərinə 258 milyondan çox pul verildi

Bağlanan 9 bankın əmanətçilərinə 258 milyondan çox pul verildi

23 Sentyabr 2016, 12:50

 

Əmanətlərin Sığortalanması Fondu tərəfindən 22 sentyabr 2016-cı ildə “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 415 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 46 milyon 908 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə  16 milyon 865 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 763 min manatdan artıq kompensasiya ödənilib.

 

Fonddan Modern.az-a verilən məlumata görə 4 bank üzrə ümumilikdə 98 milyon 951 min manatdan artıq kompensasiya verilib.

 

Sentyabrın 22-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 12 milyon 598 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 625 min manatdan artıq kompensasiya ödənilib. Kompensasiya 2 bank üzrə ümumilikdə 14 milyon 223 min manatdan çox olub.

 

Həmin tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 925 min 721 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119  milyon 870 min manatdan artıq kompensasiya ödənilib.

 

3 bank üzrə kompensasiya məbləği ümumilikdə 144 milyon 886 min manat təşkil edib.

 

Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 258 milyon 060 min manatdan artıq kompensasiya   ödənilib.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı