Modern.az

Əfqanıstanda 24 saat ərzində 70-dək terrorçu məhv edilib

Əfqanıstanda 24 saat ərzində 70-dək terrorçu məhv edilib

23 Sentyabr 2016, 23:51

Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 70-dək terrorçu məhv edilib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyindən açıqlama verilib.

 

“Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 70-dək terrorçu, o cümlədən 11 İŞİD üzvü məhv edilib, 43-ü isə yaralanıb”, - deyə məlumatda bildirilir.

 

Əməliyyat zamanı 4 Əfqanıstan ordusunun əsgəri həlak olub.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı