Modern.az

Ermənistanda saxta avro hazırlayanlar həbs olundu - FOTO

Ermənistanda saxta avro hazırlayanlar həbs olundu - FOTO

Dünya

24 Sentyabr 2016, 10:04

Ermənistanda saxta xarici pullar hazırlayan dəstə həbs olunub.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Xəbərdə bildirilib ki, cinayətkar qruplaşma saxta avro hazırlayaraq onu dövriyyəyə buraxmaq istəyib. Ancaq saxlanıldıqları üçün bunu edə bilməyiblər.

 

Məlumata görə, cinayət işi ilə bağlı 3 nəfər saxlanılıb. Cinayətkar qruplaşmanın başqa üzvləri də axtarılır. 

 

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır